Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    “GENT BARIŞI” 

    “GENT BARIŞI” (Niderland dilindә “Pacificatie van Gent”) – Niderlandın şimal vә cәnub әyalәtlәri arasında İspaniya ağalığına qarşı mübarizәnin [bax Niderland inqilabı (16 әsr)] gedişindә 1576 il noyabrın 8-dә Gent ş.-ndә imzalanmış saziş. “G.b.” iştirakçıları İspaniya kralı II Filippә vә ölkәnin bütövlüyünә sәdaqәtlәrini bәyan edirdilәr. Saziş Cәnubi Niderlandda katolisizmin, Hollandiya vә Zelandiyada kalvinizmin saxlanılmasını rәsmәn bildirir, İspaniya әleyhinә çıxışların iştirakçılarına ümumi әfv elan edir, hersoq Alba tәrәfindәn tәtbiq olunan bütün qanunları vә bidәtçilәrә qarşı “plakat”ları lәğv edirdi. “G.b.” iştirakçıları “xüsusilә ölkәnin sәrvәtlәrinә sahib çıxmağa vә xalqı kölә halına salaraq itaәtdә saxlamağa çalışan ispan әsgәrlәrini, xaricilәri vә bütün yadellilәri qovmaqda” bir-birlәrinә yardım etmәk barәdә üzәrinә öhdәlik götürürdülәr. “G.b.” cәnubun katolik zadәganları ilә Niderlandın şimal әyalәtlәrinin kalvinistlәri arasında kompromis cәhdi idi. “G.b.” mühüm problemlәri hәll edә bilmәdi: Niderlandın İspaniyadan asılılığı saxlanılırdı, әyalәtlәrinin siyasi imtiyazları bәrpa olunmadı, kilsә torpaqları müsadirәyә mәruz qalmadı, Hollandiya vә Zelandiya hüdudlarından kәnarda kalvinizmi yaymaq, yaxud dәstәklәmәk qadağan edilirdi. Cәnub әyalәtlәrindә Arras uniyasının (1579) vә şimal әyalәtlәrindә Utrext uniyasının yaradılması ilә “G.b.” faktiki olaraq qüvvәdәn düşdü.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN