Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GENT MÜQAVİLƏSİ (1814)

    GENT MÜQAVİLƏSİ (1814) – ABŞ ilә B.Britaniya arasında İngiltәrә–Amerika müharibәsini (1812–14) başa çatdırmış müqavilә. 1814 il dekabrın 24-dә Gent ş.- ndә imzalanmışdır. Hәrbi әmәliyyatların dayandırılmasını, ABŞ-ın müstәqilliyinin tәsdiqlәnmәsini, Versal sülh müqavilәsinә (1783) görә müәyyәnlәşdirilmiş sәrhәdlәrin saxlanılmasını nәzәrdә tuturdu. Müqavilә iştirakçıları işğal etdiklәri әrazilәri qarşılıqlı şәkildә geri qaytarmağı (maddә 1), hindilәrә qarşı hәrbi әmәliyyatları dayandırmağı (maddә 9), qul alverini lәğv etmәk mәqsәdilә tәdbirlәr görmәyi (maddә 10) vә s. öhdәlәrinә götürürdülәr. G.m. mübahisәli mәsәlәlәrin (ABŞ ilә Kanada arasında sәrhәdlәrin dәqiqlәşdirilmәsi, azad dәnizlәr mәsәlәsi vә s.) hamısını hәll etmәdi vә sonrakı danışıqlara әsas verdi. 1814 ildә müqavilәyә Amerika–Britaniya ticarәt konvensiyası әlavә edildi. 1817 ildә ABŞ vә B.Britaniya hökumәtlәri arasında Böyük göllәrin demilitarizasiyası haqqında saziş, 1818 ildә Şimali Atlantikada balıqçılıq haqqında konvensiya imzalandı. 1818 il oktyabrın 20-dә imzalanmış müqavilәyә әsasәn, ABŞ-ın şm. sәrhәdi (49-cu paralel boyu Meşәli göldәn Qayalı d.-ınadәk) müәyyәnlәşdirildi. B.Britaniya Missisipi çayında sәrbәst üzmәk hüququndan әl çәkdi, Amerika gәmilәri isә 10 il müddәtinә Britaniyanın Vest-Hinddәki mülklәrinә azad giriş әldә etdilәr.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN