GÉNUYA KÖRFƏZİ (Golfo di Genova) – İtaliyanın şm.-q. sahillәrindә Liquriya dәnizinin (Aralıq dәnizi daxilindә) körfәzi. Uz. 30 km, eni girәcәyindә 96 km, dәrinliyi 1500 m-әdәk. Sahillәri dik vә qayalıdır. Kiçik çaylar (Varenna, Palçevra, Bisanyo vә s.) tökülür. Duzluluq 35,6‰-dir. Yarımsutkalıq qabarmalar (0,3 m-әdәk) olur. İri portları – Genuya, Savona.