GEOBOTANİKİ AXTARIŞLAR – torpaqda filizәmәlәgәtirәn elementlәrin, yaxud onların birlәşmәlәrinin yüksәk konsentrasiyasını göstәrәn indikator bitkilәrin inkişaf etdiyi sahәlәrin aşkar edilmәsi vә xәritәlәşdirilmәsi. Mәs., alabәzәk bәnövşә, Alp yarğanotu sinklә, topal vә tarlaotu qurğuşunla, qoyunqulağı, bir çox taxıllar vә mamırlar mis vә kobaltla, gәvәn növlәri selenlә zәngin torpaqlarda bitir. Bәzi tәdqiqatçılar geozooloji axtarış üsulu da ayırırlar. Bu üsul faydalı qazıntı yataqlarının axtarışında heyvanlardan birbaşa vә dolayı yolla istifadәyә әsaslanır.