GEODEZİK ALƏTLƏR, g e o d e z i k c i h a z l a r – geodeziyada elmi, mühәndis- texniki vә istehsalat mәsәlәlәrinin hәlli üçün mexaniki, optik-mexaniki, elektro- optik vә radioelektron qurğular (cihazlar). G.a. mәsafәni, bucaqları vә nisbi yüksәkliyi ölçmәk, şaquli, yaxud maili layihәlәndirmә vә s. üçün, elәcә dә nәzarәt-ölçmә cihazları kimi istifadә olunur.
G.a. e.ә. 13–12 әsrlәrdә Babilistanda, Misirdә vә Çindә suvarma kanallarının tikintisindә tәtbiq edilmişdir. İsgәndәriyyәli Heron (e.ә. 1 әsr) dioptrları vә fırlanan xәtkeşi olan bucaqölçәn cihaz tәklif etmiş, Hipparx astrolyabiyanı (üstürlabı) yaratmışdır. 1576 ildә İ.Habermel (Almaniya) bussolla tәchiz edilmiş vә teodolit prinsipi ilә işlәyәn bucaqölçәn cihaz hazırlamışdır. 1609 ildә Q.Qaliley şüşә linzaları olan baxış borusu düzәltmişdir. 1611 ildә İ. Kepler baxış borusunun düz (yer borusu) vә әks (astronomik boru) tәsvirli iki variantını tәklif etmişdir. 1631 ildә P.Vernye (Fransa) vernyeri hazırlamışdır. 1810 ildә alman optik-mexaniki H.Reyxenbax şaquli tamasa üzrә maili mәsafәlәri ölçmәk üçün baxış borusuna saplar daxil etmişdir. 19 әsrin әvvәllәrindә ikili tәsvir prinsipi әsasında işlәyәn optik uzaqlıqölçәnlәr yaradılmışdır. Müasir G.a. funksional tәyinatına, tәtbiq sahәsinә, informasiya daşıyıcılarının fiziki tәbiәtinә, nәqledilmәyә dayanıqlığına, konstruktiv xüsusiyyәtlәrinә görә tәsnif olunur. Ölçmә dәqiqliyinә görә yüksәkdәqiqlikli, dәqiq vә texniki G.a.-ә ayrılır.
G.a. ilә işlәyәrkәn onlar ştativә, geodezik işarә qurğusuna, dayağa quraşdırıla bilәr. Bәzi G.a.-i günәş radiasiyasının vә atm. yağıntılarının birbaşa tәsirindәn qorumaq üçün ekranın tәtbiqi lazım gәlir. Verilmiş dәqiqliyin vә ölçmә sürәtinin tәmin edilmәsi, müxtәlif şәraitlәrdә ölçmә nәticәlә- rinin stabilliyi, istifadәsinin sadәliyi vә rahatlığı, yığcamlığı, material vә enerji tutumunun optimallığı, daşınmasının mümkünlüyü, tәmirәyararlığı, estetikliyi, erqonomikliyi G.a.-ә qoyulan әsas tәlәblәrdir.
M ә s a f ә ö l ç ә n c i h a z l a r daha çoxsaylıdır vә konstruksiyasına görә müxtәlifdir. Onlara işçi ölçülәri tәyin edәn cihazlar (invar mәftil, polad lent, rulet, jezl vә s.), vizual tip optik-mexaniki uzaqlıqölçәnlәr, işıq uzaqlıqölçәni, radio uzaqlıqölçәni aiddir. Mәsafәnin tәyini әrazidә hәndәsi qurma (trianqulyasiya) yolu ilә mümündür; hәndәsi qurmanın bir, yaxud bir neçә tәrәfi vә bütün tәrәflәr arasındakı bucaqlar ölçülür, sonra bütün qalan tәrәflәrin hesablanması ilә әlçatmaz obyektlәrә qәdәr olan mәsafә tәyin edilir. İşıq uzaqlıqölçәninin iş prinsipi işıq impulsunun (mәnbә kimi yarımkeçirici lazer işlәdilir) әksetdiriciyә çatma vә geriyә qayıtma vaxtının ölçülmәsinә vә real mühitdә bilinәn işıq sürәtini nәzәrә almaqla mәsafәnin hesablanmasına әsaslanır.
N i s b i y ü k s ә k l i k l ә r i ö l ç ә n c i h a z l a r a optik nivelirlәr, elektron nivelirlәr, hidrostatik vә hidrodinamik nivelirlәr, mikronivelirlәr vә s. aiddir. Vizir xәtti lazer şüası dәstәsi ilә verilәn lazer nivelirlәri, şüası üfüqi vә ya şaquli müstәvidә avtomatik açılışlı “lazer müstәvi” nivelirlәri konstruksiya edilmişdir. Bu cihazlar elektron vericilәr vә ya digәr vizir qurğularla әlaqәli işlәyәrәk geodezik ölçmәlәrin yüksәk effektliyini tәmin edir. Stasionar vә daşınan tip hidrostatik nivelirlәr quraşdırılma vә istismar dövründә tikilinin texnoloji avadanlıqlarının vә inşaat konstruksiyala- rının vәziyyәtinә nәzarәt etmәk üçün istifadә edilir. Elektron nivelirlәr ölçmәlәrin nәticәlәrini cihazın yaddaşına toplayır vә kompüterә ötürür.
“Pentax AFL-240” optik nivelir.
B u c a q ö l ç ә n c i h a z l a r a o p t i k, elektron vә giroskopik teodolitlәr, taxeometrlәr, ekerlәr (Yer sәthindә 90°-li bucaq qurmaq üçün alәt), eklimetrlәr (Yer sәthindә meyl bucağını 0,1° dәqiqliklә ölçmәk üçün alәt), bussol cihazları, qoniometrlәr aiddir. Teodolitlәr istiqamәti, üfüqi vә şaquli bucaqları tәyin etmәyә imkan verir. Bu zaman işçi ölçü kimi dәrәcәli (360°) vә ya desimal (400g) bölgülü üfüqi vә şaquli limblәrdәn istifadә edilir. Elektron taxeometrlәr vә lazer ruletlәrlә çöl şәraitindә üfüqi vә şaquli bucaqları vә mәsafәlәri ölçmәk, әrazinin tәyin edilmiş nöqtәlәrinin plan vә hündürlük mövqelәrinә görә lazımi hesablamaları avtomatik yerinә yetirmәk olar.
“Topcon ES-102L” elektron taxiometr.
D i g ә r g e o d e z i k a l ә t l ә r. Tәtbiqi geodeziyada iş hәcminin artması bir sıra xüsusi cihazların yaradılmasına sәbәb oldu. Belә ki, mühәndis qurğularının inşası vә istismarının geodezik tәminatı üçün çoxmәrtәbәli tikintidә vә texnoloji avadanlıqların quraşdırılmasında istifadә edilәn şaquli layihәlәndirmә cihazları hazırlanmışdır. Altimetrlәrin, düzxәtliliyә vә eynioxluluğa nәzarәt cihazlarının iş prinsipi işığın düzxәtli yayılması qanununa әsaslanır. Ölçmәlәrin fәza üsullarından istifadә etmәklә geodezik peyk vәziyyәt sistemlәri (GPS vә s.) kimi ölçmә komplekslәri dә qurulmuşdur.