GEODEZİK XƏTT – Evklid hәndәsәsinin düz xәtt anlayışının daha ümumi görünüşlü fәzalar halına uyğunlaşdıran geometrik anlayış. Sәth üzәrindәki G.x., bu sәthin kifayәt qәdәr kiçik qövslәrinin uc nöqtәlәri arasındakı әn qısa xәtlәrdir. Müstәvi üzәrindә G.x. düz xәtlәr, dairәvi silindrdә vint xәtlәri, sfera üzәrindә isә böyük dairәlәrdir. G.x.-in hәr qövsü әn qısa yol olmaya da bilәr. Mәs., sferadakı böyük dairәnin böyük yarımçevrәsi öz ucları arasındakı әn qısa mәsafә olmayacaq. G.x.-in baş normalları müvafiq sәthin normallarıdır. G.x. ilk dәfә Y.Bernulli, İ.Bernulli (1697–98) vә L.Eylerin (1728–32) işlәrindә meydana çıxmışdır. “Geodezik” termini P.Laplas (1798–99) tәrәfindәn Yer sәthindәki “әn qısa xәtlәr”ә uyğun olaraq elmә daxil edilmişdir. İxtiyari sәth üzәrindәki G.x.-i J.Liuvill (1844) öyrәnmişdir. G.x.-in tәyini yalnız sәth üzәrindәki ölçmәlәrlә bağlı olduğundan, onlar sәthin daxili hәndәsәsinin obyektlәrinә aid edilir. “G.x.” anlayışı geodeziyanın nәzәri vә praktiki mәsәlәlәrindә geniş istifadә olunur.