Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEODÉZİK İŞARƏ

    GEODÉZİK İŞARƏ – geodeziya koordinatlarının daşıyıcısı olan geodeziya mәntәqәsinin әrazidәki vәziyyәtini göstәrәn qurğu. Bina vә qurğulara bәrkidilәn, hәmçinin yeraltı yerlәşdirilәn G.i.-lәrә ayrılır. Sonuncular kәsik konus formasında beton monolit vә ya beton әsasa bәrkidilmiş metal boru şәklindә olur. Belә G.i.-nin özülü mövsümi donma dәrinliyindәn 50 sm aşağı vә çoxillik donuşluq olan r-nlarda әrimә dәrinliyindәn 2 m aşağı qrunta basdırılır. Binaların divarlarına quraşdırılan G.i. plan vә ya hündürlük koordinatlarının daşıyıcısı olmasından asılı olaraq, konstruksiyasına görә fәrqlәnir. Plan G.i. vizir hәdәfi (nişanı) yerlәşdirilә bilәn çıxıntı hissәyә malikdir, hündürlük G.i.-nin isә nivelir xәtkeşi (tamasası) yerlәşәn sferik vә ya üçbucaq formalı çıxıntısı var. Kütlәvi istifadәli G.i.-dәn başqa xüsusi işarәlәr dә var: koordinatları uzun müddәt vә yüksәk dәqiqliklә saxlayan fundamental işarәlәr; yer sәthinin, bina vә qurğuların deformasiyasını müşahidә etmәk üçün deformasiya işarәlәri; texnoloji avadanlıqların yüksәk dәqiqliklә quraşdırılması üçün işarәlәr.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN