Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEODEZİK QRAVİMETRİYA

    GEODEZİK QRAVİMETRİYA – ali geodeziyanın bölmәsi; geodezik mәsәlәlәrin hәllinә qravimetrik mәlumatların tәtbiqi vә üsullarını öyrәnir. G.q.-ya, geodeziyanın nәzәri fundamenti kimi baxmaq olar. Əsas mәqsәdi geoidi öyrәnmәk üçün ağırlıq qüvvәsi tәcilinin sahәsindәn istifadә mәsәlәlәrini araşdırmaqdır. Geodezik ölçmә nәticәlәrinin vahid koordinat sisteminә gәtirilmәsindә mühüm rolu var. Qravimetrik mәlumatlar isә Yerin süni peyklәrinin buraxılışında nәzәrә alınır. Bu peyklәrin hәrәkәtlәrinin öyrәnilmәsi Yerin formasının tәyininә imkan verir. Geoidin fırlanma ellipsoidindәn kәnara çıxmasını ağırlıq qüvvәsinin anomaliyası vasitәsilә C.Stoks öyrәnmişdir. G.q.-nın әsas mәsәlәsi hәyacanlandırıcı potensialın tapılması hesab edilir: T =W–U (W – Yerin ağırlıq qüvvәsinin, U isә normal sferoidin potensialıdır). T riyazi fizikanın sәrhәd mәsәlәlәrindәn tapılır. Müasir G.q.-nın inkişafı M.S.Molodenskinin tәdqiqatlarına әsaslanır, zәruri olan ölçmәlәrin sıxlığını vә dәqiqliyini öyrәnir, әsası isә geoidin praktiki tәdqiqindәn ibarәtdir. Yer üzәrindә vә dәnizdә tәyin edilmiş ağırlıq qüvvәsi tәcillәri vә Yerin süni peyklәri orbitlәrinin ölçülmәsi göstәrir ki, geoid fırlanma ellipsoidindәn 10 metrlәrlә kәnara çıxır vә sahә üzrә müntәzәm dәyişir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN