Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEODÉZİK PEYK

    GEODÉZİK PEYK – kosmik geodeziyaya dair mәsәlәlәri hәll etmәk üçün müşahidә obyekti kimi buraxılan Yerin süni peyklәri. Hәr hansı peykin istiqamәtini, peykә qәdәrki mәsafәni tәyin etmәk, Yer mәntәqәlәri arasındakı geodezik rabitәni, Yerin qravitasiya sahәsinin xarakteristikalarını, Yerin fırlanma parametrlәrini vә s. müәyyәnlәşdirmәk üçün tәtbiq olunur. Adәtәn, 4–6 min km hünd.-dә hәrәkәt edir. Belә mәsәlәlәrin hәlli üçün bu vә ya digәr peykә istiqamәtin vә ona qәdәr mәsafәnin ölçülmәsinin fotoqrafik, televiziya, ya da radioltexniki müşahidәlәrlә alınmış nәticәlәrindәn istifadә edilir. Peykә istiqamәt istinad (dayaq) ulduzların mәlum koordinatlarına görә müәyyәn edilir. Mәntәqәdәn peykә qәdәr olan mәsafәnin tәyini üçün lazer vә radiotexniki üsullar tәtbiq olunur. Xüsusilә dә, Dopler effektinin istifadәsi peykin radial sürәtini, eyni vә ya müxtәlif G.p.-in iki mövqeyindәki uzaqlıq fәrqini tәyin etmәyә imkan verir. Lazer uzaqlıqölçәnlәrinin tәtbiqi peyklәrdә bucaq әksetdiricilәrinin qurulmasını tәlәb edir. Peyklәrdә iş rejimlәri bort kvars saatları vә EHM-lә tәmin edilәn lazımi güclü impuls işıq mәnbәlәrinin qurulması fotoqrafik müşahidәlәri daha da sәmәrәli edir. Radiotexniki üsullar tәtbiq olunarkәn G.p.-lәrdә ionosfer refraksiyanın tәsirini kәnar etmәk üçün iki tezlikdә işlәyәn radioötürücülәr qurulmalıdır. Peykdәn Yerә qәdәr (әsasәn, su sәthinәdәk) olan mәsafәnin tәyini, hәmçinin okean akvatoriyalarında Yerin qravitasiya sahәsinin xüsusiyyәtlәrinin öyrәnilmәsindә effektli vasitә olan peyk altimetriyası üsullarının tәtbiqi üçün G.p.-lәrdә radiohündürlükölçәn dә qurula bilәr. G.p.-in orbitinin seçilmәsi mәsәlәnin hәlli üsullarından, tәyin edilәn parametrlәr vә yerdәki mәntәqәlәrdә quraşdırılmış qәbuledici aparatlardan asılıdır. İlk Amerika G.p.-i “ANNA-1V” 1962 ildә, sonrakı illәr ABŞ-ın Geos vә Lageos, Fransanın “Skarlet”, Rusiyanın QeoİK peyklәri buraxılmışdır. 1990 illәrdәn başlayaraq әksәr geodeziya mәsәlәlәri QLONASS (Rusiya) vә GPS (ABŞ) peyklәrindәn aparılan müşahidәlәrdәn istifadә etmәklә hәll olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN