Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEODÉZİYA 

    GEODÉZİYA (yun. γεωδαισία – torpaqbölmә) – Yerin ölçülәrini, formasını, qravitasiya sahәsini vә sәthindәki ölçmәlәri öyrәnәn elm.

    G. çox qәdimdәn yerölçmә, tәsәrrüfat mәqsәdlәri üçün plan vә xәritә tәrtibi ilә әlaqәdar yaranmışdır. E.ә. 7 әsrdә Babilistan vә Assuriyada gil lövhәciklәr üzәrindә hәm dә iqtisadi xarakterli mәlumat verәn coğrafi xәritәlәr tәrtib olunmuşdu. E.ә. 6–4 әsrlәrdә Yerin kürә şәkilli olması söylәnilmiş vә bunun bir neçә sübutu tapılmışdı. “G” adına ilk dәfә e.ә. 4 әsrdә Aristotelin әsәrlәrindә rast gәlinib vә o G.-nı insan biliklәrinin astronomiya, kartoqrafiya vә coğrafiya ilә bağlı sahәsi adlandırmışdır. E.ә. 3 әsrdә Misirdә Eratosfen Yerin radiusunun ilk tәrifini vermişdir. E.ә. 2 әsrdә astronom vә riyaziyyatçılar mәhәllin coğrafi enlik vә uzunluğuna dair anlayış vermiş, ilk kartoqrafik proyeksiyanı hazırlamış, xәritәyә paralellәr vә meridianlar şәbәkәsini daxil etmişlәr. 9 әsrdә aparılan dәrәcә ölçmәsindә Bağdad xәlifәsi Mәmunun tapşırığı ilә Yerin radiusu dәqiq tәyin edildi. Biruni Yer çevrәsinin uz.-nu dövrünә görә daha dәqiq tәyin etdi (41500 km).

    Müasir G. 17 әsrdәn inkişafdadır. 17 әsrdә nivelirteodolitin yaranması üçün zәmin yaradan baxış borusu vә barometr ixtira edildi. 1615–17 illәrdә V.Snelliusun işlәyib hazırladığı trianqulyasiya metodu geniş G. mәntәqәlәri şәbәkәsinin qurulmasına imkan yaratdı. Nyutonun cazibә qanununun kәşfi nәticәsindә Yerin qütblәrdәn basıqlığı fikri yarandı. İ.Nyuton vә X.Hüygens bunu sırf nәzәri üsulla tәyin etdilәr. 18 әsrin 1-ci yarısında Paris EA dәrәcә ölçüsü aparmaq üçün Peru vә Laplandiyaya ekspedisiya göndәrdi. Bu, Yerin geoid şәklindә olmasını, ümumdünya cazibә qanununun doğruluğunu tәsdiq etdi.

    Müasir G. bir neçә әsas fәnnә bölünür: ali G., kosmik geodeziya, astronomik geodeziya, topoqrafiya, tәtbiqi (mühәndisi) geodeziya vә dәniz G.-sı.

    A l i G. Yerin fiqurunu, ölçülәrini, qravitasiya sahәsini vә geodeziya istinad şәbәkәsinin qurulmasını öyrәnir. Belә üfüqi şәbәkә mәntәqәlәrinin koordinatları trianqulyasiyapoliqonometriyatrilaterasiya üsulları ilә tәyin edilir. Kosmik geodeziya Yerin süni peyklәrindәn vә tәbii göy cisimlәrinin müşahidәsindәn alınan mәlumatlara әsasәn göy cisimlәri orbitinin hesablanması, müşahidә metodlarının işlәnilmәsi, Yerin qravitasiya sahәsinin, Yerdә baş verәn geodinamik proseslәrin öyrәnilmәsi ilә mәşğul olur. A s t r o n o m i k  g e o d e z i y a vahid koordinat sistemindә astronomik geodeziya mәntәqәlәrinin istinad şәbәkәsinin yaradılması ilә mәşgul olan elm sahәsidir. Astronomik koordinatlar hәr hansı bir G. şәbәkәsinin Yer sәthindә düzgün sәmtlәşdirilmәsi üçün mütlәqdir. T ә t b i q i (m ü h ә n d i s i ) g e o d e z i y a  tәbii ehtiyatların mәnimsәnilmәsi, mülki, sәnaye, hәrbi vә hidrotexniki obyektlәrin, elәcә dә yer quruluşu vә meliorasiya işlәrinin layihәlәşdirilmәsi, bir çox  mühәndis axtarışları vә mürәkkәb konstruksiyaların quraşdırılması zamanı yerinә yetirilәn G. işlәrinin üsul vә metodlarından bәhs edir. D ә n i z  G.-sı Dünya okeanında dәniz G. istinad şәbәkәsinin vә batimetrik xәritәlәrin yaradılması, әrazi sularında sәrhәdlәrin tәyini, müxtәlif mühәndisi mәsәlәlәrin (mәs., dәniz platformalarının quraşdırılması) vә s. işlәrin yerinә yetirilmәsini tәmin edir. T o p o q r a f i y a  topoqrafik xәritәlәrin yaradılması üçün aparılan planaalma metodlarından bәhs edәn elm sahәsidir. Topoqrafik planaalma hәm yerüstü metodlarla, hәm dә uçuş aparatlarından (o cümlәdәn peyklәrdәn) şәkilçәkmә yolu ilә aparılır.

    G. daima inkişafdadır. G. işlәrinin elektron vә kompüter texnologiyaları әsasında avtomatlaşdırılması, geoinformasiya sistemlәrinin vә әrazinin rәqәmli modellәrinin yaradılması G.-da yeni istiqamәtlәrdir.

    Azәrb.-da G. elminin yaranma tarixi vә inkişafı barәdә bax Azәrbaycan xüsusi cildinin Geodeziya bölmәsinә.

    Əd.: Х а и м о в З.С. Основы высшей геодезии. М., 1984; Кузнецов П.Н. Геодезия. М., 2002; Q.Ş. M ә m m ә d o v, İ.H. Əhmәdo v. Geodeziya. B., 2002.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN