Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEOEKOLOGİYA 

    GEOEKOLOGİYA (geo + ... yun. οίκος – mәskәn, ev + ...logiya) – insan fәaliyyәtinin spesifik xüsusiyyәtlәrini nәzәrә almaqla litosferlә biosferin qarşılıqlı tәsir qanunlarını öyrәnәn elmi istiqamәt – Yer elmlәri (coğrafiya, geologiya, atm. fizikası, Yer fizikası, geokimya vә s.) vә biologiya sahәsindә nәzәri vә tәtbiqi tәdqiqatların ekoloji-coğrafi baxımdan ümumilәşdirilmәsi. G. tәbiәtin qorunmasının vә ondan sәmәrәli istifadәnin elmi әsaslarını formalaşdırır. “G.” termini ilk dәfә 1939 ildә alman fiziki-coğrafiyaçısı K.Trol tәrәfindәn landşaftşünaslıq termininә ekoloji istiqamәt verilmәsi üçün işlәdilmişdir. Geologiyada bu termin daha geniş aspektdә qiymәtlәndirilir. V.İ.Osipovun fikrincә G. Yerin geosfer tәbәqәlәri (litosferin üst qatı, pedosfer, yaxud torpaq qatı, atm.-in Yer sәthinә yaxın qatları, sәth suları) barәdә fәnlәrarası elmlәr kompleksidir.

    G. bir elm kimi 20 әsrin ortalarından inkişaf etmәyә başlamışdır. Bu inkişafa K.Trol, G.Valter, Y.Şmithüzen (Almaniya); M.Rujiçka (Çexiya); M.Qordon, J.Lonq (Fransa); İ.Zonneveld, A.Vink (Niderland); V.N.Sukaçyov, İ.P.Gerasimov (Rusiya) öz töhfәlәrini vermişlәr.

    Əd.: Г е р а с и м о в И.П. Экологические проблемы в прошлой, настоящей и будущей географии мира. М., 1985; V.M. B a b a z a d ә, S.A.İ s a y e v, M.İ.Ə l i y e v, B.H. Q ә l ә n d ә r o v. Ekoloji geologiya. B. 2012.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN