Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEOFİZİKA 

    GEOFİZİKA (geo +… fizika) – Yerin daxili quruluşunu, fiziki xassәlәrini vә onun qatlarında (atm., hidrosfer, litosfer vә s.) baş verәn proseslәri fiziki metodlarla tәdqiq edәn kompleks elm sahәsi. G.– geofiziki sahәlәrin (gravitasiya, geomaqnit, elektromaqnit, geotermik vә s.) tәbiәtini, strukturunu, mәkana görә qeyri-bircinsliyini, zamana görә dәyişmә xüsusiyyәtlәrini vә elәcә dә onların normadan kәnaraçıxmalarını öyrәnir. G. fizika vә geologiya, hәmçinin riyaziyyat, astronomiya, kristalloqrafiya vә geokimya ilә sıx bağlıdır. Müasir G. qar vә buz qatlarını da әhatә etmәklә h i d r o l o j i  t s i k l i, okeanların vә atm.-in a x a r l ı q  d i n a m i k a s ı n ı, ionosferdә, maqnitosferdә baş verәn elektrik vә maqnit hadisәlәrini, elәcә dә Yerin Günәşlә, Ayla vә digәr planetlәrlә bağlı problemlәrini vә digәr mәsәlәlәri tәdqiq edir. G.-nın yaranmasının әsası 17–19 әsrlәrdә qoyulsa da, o yalnız 20 әsrin 40–60-cı illәrindә ayrıca bir elm kimi formalaşmışdır. Geosferlәrin quruluşuna, tәrkibinә, fiziki xassәlәrinә vә s. spesifik xüsusiyyәtlәrinә görә G. “Bәrk” Yerin fizikası, hidrofizika vә atm. fizikasına ayrılır.

    Yerin fizikası – Yerin quruluşunu, onun daxilindә vә sәthindә baş verәn fiziki proseslәri tәdqiq edir. Konkret tәdqiqat sahәsindәn asılı olaraq, Yer fizikası da müxtәlif bölmәlәrә ayrılır: seysmologiya, qravimetriya, geotermiya, geomaqnetizm, geodinamika vә s.

    Hidrofizika – okean fizikasını vә quru sularının (göllәr, çaylar, buzlaqlar) fizikasını öyrәnir. Okean fizikası – okeanda baş verәn fiziki vә dinamiki proseslәri: okeanda müşahidә olunan müxtәlif dalğa növlәrini, qabarma vә çәkilmә hadisәlәrini vә elәcә dә, suların mexaniki, elektrik, akustik, optik, radiasiya xassәlәrini öyrәnir. Okean-atmosfer-quru sistemindә baş verәn qarşılıqlı tәsirlәrin, energetik vә kütlә mübadilәsinin tәdqiqi dә bu sahәdә önәmli tәdqiqat istiqamәtlәrindәn biridir. Quru sularının fizikası – yerüstü vә yeraltı suların fizikasını vә dinamikasını, çay vә kanallarda yataq proseslәrini, su obyektlәrinin müxtәlif relyef formalarını vә texniki qurğularla qarşılıqlı tәsirini vә digәr hidrofiziki hadisәlәri tәdqiq edir.

    Atmosfer fizikası – atm.-dә baş verәn fiziki hadisәlәri vә proseslәri: havanın kimyәvi vә kolloidal tәrkibini, termodinamik proseslәri, su buxarlarının kondensasiya vә sublimasiyasını, buludların, dumanın vә yağıntıların әmәlә gәlmәsini, atm.-dә baş verәn optik, akustik, elektrik vә radiasiya hadisәlәrini tәdqiq edir. Konkret tәdqiqat sahәsindәn asılı olaraq, atm. fizikası da müxtәlif bölmәlәrә ayrılır: metrologiya, aeronomiya, iqlimşünaslıq vә s.

    Tәdqiqat metodlarından asılı olaraq G. nәzәri vә tәtbiq sahәlәrinә ayrılır. G.-nın tәtbiq sahәlәrinә geofiziki kәşfiyyat, hava proqnozu, seysmoloji kәşfiyyat vә proqnoz, “kosmik hava” proqnozu (Günәş aktivliyi, Yerin ionosferindә, maqnitosferindә baş verәn proseslәr vә s.) vә s. daxildir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN