Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEOFİZİKİ KƏŞFİYYAT METODLARI 

    GEOFİZİKİ KƏŞFİYYAT METODLARI – faydalı qazıntı yataqlarının axtarışı, kәşfiyyatı mәqsәdilә vә onların istismarına nәzarәt üçün Yer qabığında geofiziki sahәlәrin mәkan vә zaman dәyişikliklәrini istifadә edәn metodlar; geofizikanın tәrkib hissәsi (kәşfiyyat geofizikası, yaxud tәtbiqi geofizika da adlandırılır). G.k.m. ümumi geologiya, faydalı qazıntılar geologiyası, geokimya, geotektonika, stratiqrafiya vә mineralogiya ilә sıx әlaqәdardır. Qarşıya qoyulmuş mәsәlәlәrdәn asılı olaraq, tәtbiqi geofizikada dәrinlik, neft-qaz, filiz vә qeyri-filiz, mühәndis-geoloji, hidrogeoloji, hәrbi, donuşluq-qlyasioloji, arxeoloji vә geoekoloji istiqamәtlәrinә ayrılır. G.k.m. fiziki sahәlәrin (qravitasiya, maqnit, elektrik, elastiki dalğalar, termik vә nüvә şüalanması) öyrәnilmәsinә әsaslanır. Bu sahәlәrin parametrlәrinin ölçülmәsi yer sәthindә, havada vә yer altında (quyu vә şaxtalarda) aparılır. Alınmış mәlumatlar faydalı qazıntı yataqlarının, yaxud onların yerlәşdiyi geol. strukturların yerinin, quruluşunun vә әsas fiziki parametrlәrinin tәyinindә istifadә olunur; bu kәşfiyyat işlәrinin düzgün istiqamәtlәndirilmәsinә imkan yaradır. G.k.m. hәm tәbii, hәm dә süni yaradılmış fiziki sahәlәrdәn istifadә edir. İstifadә olunan fiziki sahәlәrin tәbiәtindәn asılı olaraq G.k.m. bir neçә növә ayrılır: Yerin ağırlıq qüvvәsi sahәsini öyrәnәn q r a v i m e t r i y a  k ә ş f i y y a t ı; Yerin tәbii maqnit sahәsini öyrәnәn m a q n i t  k ә ş f i y y a t ı; partlayıcı maddәlәrin partlayışı, yaxud mexaniki zәrbәlәr nәticәsindә yaranmış elastiki dalğaların Yer qabığında yayılmasını öyrәnәn s e y s m i k  k ә ş f i y y a t; Yer qabığında süni vә tәbii yaranan elektrik (elektromaqnit) sahәlәrini öyrәnәn e l e k t r i k  k ә ş f i y y a t ı; tәbii radioaktiv şüalanmanı, әn çox isә süxurlarda vә filizlәrdә qamma-şüalanmanı vә onların elementar hissәciklәrlә (neytron, proton vә elektronlarla) vә şüalanmalarla qarşılıqlı tәsirini tәdqiq edәn n ü v ә   g e o f i z i k a s ı; süxurların istilikkeçirmә fәrqindәn istifadә edәn vә quyularda temp-run ölçülmәsinә әsaslanan g e o t e r m i k   k ә ş f i y y a t.

    G.k.m. geol.-kәşfiyyat işlәrinin bütün mәrhәlәlәrinin mühüm tәrkib hissәsidir. Belә ki, Yer qabığının dәrin zonalarının regional öyrәnilmәsindә aerokosmik, dәniz vә dәrinlik kәşfiyyat metodlarının, faydalı qazıntı yataqlarının axtarışında seysmik kәşfiyyat, elektrik kәşfiyyatı vә s. metodların tәtbiqi daha effektlidir. Yataqların qiymәtlәndirilmәsi vә ehtiyatların hesablanmasında quyuların geofiziki tәdqiqatı metodları geniş tәtbiq olunur.

    Geol. kәşfiyyatın daha mürәkkәb geol.-geofiziki şәraitә (böyük dәrinliklәr, yüksәk temp-rlar vә tәzyiqlәr vә s.) keçmәsi daha mükәmmәl texnologiyaların yaranması tәlәbini qarşıya qoymuşdur. Çoxfunksiyalı cihazlar, geofiziki tәdqiqatların tamamilә yeni metodları işlәnib hazırlanır; yeni geofiziki texnologiyalar yaradılır.

    Əd.: Б о н д а р е н к о В.М., Д е м у р а  Г.В., С а в е н к о Е.И. Общий курс разведочной геофизики. М., 1998.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN