Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEOFİZİKİ SİLAH 

    GEOFİZİKİ SİLAH – tәbiәt qüvvәlәrindәn hәrbi mәqsәdlәrlә istifadә üçün tәbii mühitә, yaxud Yerin bәrk, maye vә qaz tәbәqәlәrindә gedәn fiziki proseslәrә qәrәzli şәkildә müxtәlif tәsir vasitәlәri toplusu. Bir çox tәbii proseslәrin dağıdıcı imkanları onların iri enerji tutumluğu ilә әlaqәdardır. Ehtimal edilir ki, G.s.-larla havanı vә iqlimi dәyişmәklә irimiqyaslı süni quraqlıqlar, daşqınlar, zәlzәlәlәr, fırtınalar, atmosferin ozon qatında “pәncәrәlәr”, uçuş aparatlarının uçuş-enmә r-nlarında qatı dumanlar vә radio-qeyri-şәffaf aerozol buludlar, qoşunların hәrәkәt zonalarında leysan yağışları vә güclü qar-dolu yağıntıları, sahil sularında gәmilәrin yan aldığı әrazilәrә istiqamәtlәnmiş sunami tipli dalğalar vә s. yaratmaq olar. Tәbii mühitә tәsir vasitәlәri kimi nüvә silahları; bir yerә cәmlәmәklә tәtbiq edilәn adi silahlar; istifadә olunan әraziyә raketlәr, aviasiya vә s. ilә daşına bilәn kimyәvi reagentlәr; güclü elektromaqnit şüalanması generatorları, istilik generatorları vә s. istifadә oluna bilәr. Yerin hansı sferasında hәrbi mәqsәdlәrlә tәbii mühitә tәsir etmәsindәn asılı olaraq G.s.-lar uyğun olaraq geoloji (litosfer), hidroloji (hidrosfer), iqlim (atmosfer) vә ekoloji (biosfer) silahlara ayrılır. G.s.-ların tәtbiqi qarşısıalınmaz fәlakәtlәrә, hәtta Yerdә hәyat şәraitinin mәhv olmasına gәtirib çıxara bilәr. 1978 ildә tәbii mühitә hәrbi vә ya digәr zәrәrli tәsir vasitәlәrinin istifadәsinә qadağa qoyan Konvensiya qüvvәyә mindi. Konvensiyanın vәzifәsi tәbii qüvvәlәrin hәrbi mәqsәdlәrlә istifadәsinin qarşısını almaqdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN