GEOFÓN (geo... + ...fon) – Yer qabığının üst qatlarında yayılan sәs dalğalarını qәbul edәn cihaz. Çox vaxt seysmoqraflarda seysmik siqnalları qәbul edәn seysmometr kimi işlәdilir. G.-dan süxurların, dәniz dibinin akustik tәdqiqatında, hәrbidә (istehkam işlәrindә) vә mәdәn-xilasetmә işlәrindә istifadә edilir. Müәyyәn uzunluqlu sәs dalğalarını tutan, elementi pyezokvars kristalı olan G. pyezogeofon adlanır.