GEOHELMİNTLƏR (geo +... helmintlәr) – hәyat tsiklindә tәk sahibi olan parazit qurdlar qrupu. Bәzi nematodlar (bizquyruqlar, askaridlәr, әyribaşlar), monogeneylәr, qılqurdlar G.-ә aid edilir. Yumurtaların, yaxud sürfәlәrin inkişafının bir hissәsi xarici mühitdә gedir; buradan da onlar qida vasitәsilә sahibin (heyvanın, yaxud insanın) bәdәninә düşür. Sahibin orqanizmindә cinsi çoxalma gedir.