Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEOXRONOLÓGİYA 

    GEOXRONOLÓGİYA (geo + ... xronologiya) – Yer qabığını tәşkil edәn süxurların әmәlә gәlmәsinin vә yaşının xronoloji ardıcıllığı haqqında tәlim. Nisbi vә izotop G.-sını ayırırlar. N i s b i  G. stratiqrafiya, paleontologiya, paleoiqlimşünaslıq vә paleomaqnitologiyanın mәlumatları әsasında bir süxurun yaşını digәr süxurun yaşına nisbәtәn (nisbi geol. yaş) tәyin edir, geol. hadisәlәrin başvermә ardıcıllığını aydın- laşdırır. Laylı süxurların yaşı, әsasәn, paleontoloji (biostratiqrafik) metodla müәyyәnlәşdirilir. Süxurların müqayisәsindә paleomaqnit metodundan da istifadә edilir. Nisbi G. öz tәdqiqatlarında geoxronoloji vә paleomaqnit şkalalarına, hәmçinin litoloji (o cümlәdәn markir horizontları üzrә), mineraloji-petroqrafik, struktur, iqlim-stratiqrafik, seysmostratiqrafik metodlara әsaslanır. İzotop G.-sı izotop metodları vasitәsilә mineral, süxur vә filizlәrin yaşını tәyin edir. Müәyyәn edilmişdir ki, bir sıra kimyәvi elementlәrin izotoplarının radioaktiv parçalanma sürәti heç bir tәbii sәbәbdәn (temp-r, tәzyiqin düşmәsi, Yerin maqnit, elektrik vә s. xassәlәrindәn) asılı olmayaraq hәmişә öz-özünә, tәdricәn vә sabit sürәtlә gedir vә bu sürәt müxtәlif izotoplarda müxtәlifdir. (İzotop metodlar barәdә bax Geoloji yaş mәqalәsinә).

    Nisbi G.-nın әsası 17 әsrdә ardıcıl laylanma qanununu formulә etmiş (1669) N.Steno tәrәfindәn qoyulmuşdur. 19 әsrin әvvәllәrindә B.Britaniyada U.Smit vә Fransada J.Küvye nisbi yaşın tәyinindә ilk dәfә paleontoloji metodu tәtbiq etdilәr. Sonralar bu metodun әsasında Avropa geoloqları stratiqrafik şkalanı yaratdılar. Nisbi G.-nın sonrakı inkişafı üzvi alәmin tәkamül prosesi ilә әlaqәdardır (Ç.Darvin, J.B.Lamark, V.O.Kovalevski vә b.). Çöküntülәrin nisbi yaşının tәyinindә müqayisәli paleontoloji metod tәkmillәşdirildi, geoxronoloji bölgülәrin (eon, era vә s.) üzvi alәmin inkişafında tәkamülün mәrhәlәlәrinә uyğunluğu barәdә tәsәvvür yarandı.

    20 әsrin әvvәlindә Fransada P.Küri vә B. Britaniyada E.Rezerford süxur vә mineralların mütlәq yaşını hesablamaq üçün izotopların radioaktiv parçalanmasından istifadә etmәyi tәklif etdilәr. Onların tәklif etdiyi mütlәq yaşın tәyin edilmәsinin әsasını tәşkil edәn bu prinsipdәn indi dә istifadә edilir. 1907 ildә Amerika tәdqiqatçısı B. Boltvud Kanadada ilk dәfә bir sıra radioaktiv mineralların yaşını onlarda toplanmış qurğuşunun miqdarına әsasәn tәyin etdi. Onun ardınca ingilis geoloqu A.Holms, Amerika alimlәri C.Barrel, C.U.Reley, Rusiyada V.İ.Vernadski süxurların yaşını radioaktiv izotoplar vasitәsilә tәyin etdilәr. 1913 ildә A.Holms geol. obyektlәrin yaşının izotop metodu ilә tәyininә әsaslanaraq, Fanerozoyun ilk geoxronoloji şkalasını nәşr etdirdi. 20 әsrin sonunda izotop tәdqiqatları Kembriyәqәdәr komplekslәrin quruluşunun öyrәnilmәsindә vә Yerin geol. tarixinin ilkin mәrhәlәlәrinin bәrpasında mühüm rol oynadı. 21 әsrin әvvәlindә G.-nın inkişafı geol. әmәlәgәlmәlәrin yaşının tәyinindә istifadә edilәn әnәnәvi metodların tәkmillәşdirilmәsi vә yeni metodların işlәnilmәsi ilә әlaqәdardır.

    Əd.: К о р о н о в с к и й Н.В., Хаин В.Е., Я с а м о в Н.А. Историческая геология. 2-е изд. М., 2006.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN