GEOXRONOLOJİ ŞKALA – Yerin geol. tarixinin vә üzvi alәmin inkişafının әsas mәrhәlәlәrinin ardıcıllığını, bir-birinә tabeliyini göstәrәn nisbi geol. zaman şkalası. G.ş. 19 әsr Avropa geoloqlarının çoxillik әmәyinin mәhsulu olan ümumi stratiqrafik şkalanın әsasında yaradılmışdır. G.ş.-nın bölmәlәri – akron, eon, era, dövr, epoxa, әsr, faza stratiqrafik şkalanın akrotem, eonotem, eratem, sistem, şöbә, mәrtәbә, zona bölmәlәrinә uyğun gәlir. İlkin olaraq G.ş. stratiqrafik şkala ilә birlikdә tәrtib olunmuş vә 1881 ildә Bolonya ş.-ndә (İtaliya) Beynәlxalq Geoloji Konqresin 2-ci sessiyasında tәsdiq edilmişdir, o vaxtdan daima tәkmillәşdirilmәkdәdir.