GEÓİD (geo + ... yun είδος – görünüş) – Dünya okeanı sәthinin sakit haldakı sәviyyәsi ilә hüdudlanan fiqur. G.-in sәthi ağırlıq qüvvәsi potensialının sәviyyә sәthi kimi tәsәvvür edilә bilәr. G. sәthini qitәlәr altına xәyalәn uzatmaqla Yerin hamarlanmış fiquru alınır; bu sәth qapalıdır, tillәri vә qatları yoxdur. Yerin daxilindә kütlәnin sıxlığı bәrabәr paylanmadığından G. sәthinin әyriliyi riyazi qanunlara tabe olmadan dәyişir. Bu bir sıra çәtinlik törәtdiyindәn Yer ellipsoidi Yer fiquru qәbul edilir, sәthi G.-inkindәn çox fәrqlәnmir. Yer ellipsoidinin ekvatorial yarımoxu 6378137 m-ә, qütb yarımoxu isә 6356752 m-ә bәrabәrdir. G.-in fırlanma ellipsoidindәn kәnara çıxması tәqr. 40 m-dir; maks. kәnaraçıxma 110 m-әdәkdir. G.-in vәziyyәti hәr yerdә ayrı-ayrılıqda Yerin süni peyklәrinin hәrәkәtini müşahidә etmәklә, geodezik-astronomik vә qravimetrik mәlumatlara әsasәn tapılır.