GEOKİMYƏVİ AXTARIŞLAR – kimyәvi elementlәrin süxurlarda, torpaqda, bitkilәrdә, sularda, atm.-dә paylanması vә yayılmasının öyrәnilmәsinә әsaslanan faydalı qazıntılar axtarışı. G.a.-ın elmi әsasını Yer qabığında kimyәvi elementlәrin miqrasiyası haqqında tәlim (V.M.Qoldşmidt, V.İ.Vernadski, A.Y.Fersman vә b.) tәşkil edir. G.a. geol. tәdqiqatların, demәk olar ki, bütün mәrhәlәlәrindә aparılır. Faydalı qazıntı yataqlarından uzaqda yerlәşәn tәdqiqat obyektlәrindә kimyәvi elementlәrin orta miqdarı yerli geokimyәvi fonun (elementlәrin klark faizinә yaxın) göstәricisini xarakterizә edir. Yataqların yaxınlığında isә bu göstәricilәr fon göstәricisini üstәlәyәrәk ilkin vә törәmә oreollarından ibarәt geokimyәvi anomaliyalar yaradır. Anomaliyalarda kimyәvi elementlәrin miqdarı yerli fon göstәricisindәn az fәrqlәndikdә onları aşkar etmәk üçün yüksәk hәssaslığa malik analizlәrdәn istifadә olunur, belә ki, civә vә qızıl yataqlarının axtarışında süxurların kimyәvi analizi 1∙10−7% dәqiqliklә yerinә yetirilir. Öyrәnilәn obyektlәrin xarakterinә görә G.a. iki әsas istiqamәtә: filiz vә qeyri-metal faydalı qazıntı yataqlarının G.a.-ına vә neft vә qaz yataqlarının G.a.-ına vә dörd axtarış üsuluna (litogeokimyәvi, hidrogeokimyәvi, biogeokimyәvi vә atmogeokimyәvi) bölünür. Filiz yataqlarının axtarışında litogeokimyәvi, karbohidrogen xammalının axtarışında isә atmogeokimyәvi planaalma işlәri mühüm әhәmiyyәt kәsb edir. L i t o g e o k i m y ә v i ü s u l süxurların vә onların aşınma mәhsullarının kütlәvi şәkildә nümunә sınaq yoxlamalarına әsaslanır. Bu üsulun kömәyi ilә bir çox әlvan vә nadir metal vә qızıl yataqları, o cümlәdәn gömülmüş yataqlar kәşf edilmişdir. H i d r o g e o k i m y ә v i ü s u l l a sәth vә yeraltı suların tәrkibi quru qalığın spektral yaxud kimyәvi analizlәr vasitәsilә öyrәnilir. Sulfid yataqlarının axtarışında sularda pH-ın aşağı, sulfat ionunun (SO ′′) isә yuxarı qiymәtlәri filizlәşmәnin indikator göstәricisi ola bilәr. Neft vә qaz yataqlarının axtarışında süxurlarda karbohidrogen qazlarının miqdarının tәyininә әsaslanan a t m o g e o k i m y ә v i ü s u l d a n istifadә edilir. B i o g e o k i m y ә v i ü s u l l a axtarış haqqında bax “Biogeokimyәvi axtarış” mәqalәsinә.
G.a.-ın nәticәsi olaraq xәritәlәr vә faydalı qazıntıların indikator elementlәrinin miqdarını әks etdirәn qrafiklәr tәrtib olunur vә bunların әsasında aşkar edilmiş geokimyәvi anomaliyaların interpretasiyası aparılır.
Əd.: С о л о в о в А.П. Геохимические методы поисков месторождений полезных ископаемых. М., 1985.