GEOKRİOLÓGİYA (geo + ... krio +...logiya), d o n ş ü n a s l ı q – kriosferin bir hissәsi olan donmuş torpaq vә süxur zonaları haqqında elm. Mövsümi donan vә әbәdi donmuş torpaqları, süxurları, onların zamana vә mәkana görә yaranmasını, inkişafını yayılmasını, quruluşunu, fiziki-mexaniki xüsusiyyәtini, hәmçinin Yer qabığının üst hissәsinin donması vә әrimәsilә әlaqәdar baş verәn geol., geomorfoloji vә hidroloji proseslәri öyrәnir. G. öz tәdqiqatlarında fizika (o cümlәdәn istilik fizikası), kimya, riyaziyyat, mexanika, geokimya, litologiya, tektonika, tarixi vә dinamiki geologiya, Dördüncü dövr geologiyası, geofizika, iqlimşünaslıq, qlyasiologiya, geomorfologiya, paleocoğrafiyanın nailiyyәtlәrindәn istifadә edir; mühәndisi geologiya, torpaqşünaslıq, hidrogeologiya, geoekologiya vә s. elmlәrlә sıx әlaqәlidir. G.-da ümumi, mühәndisi vә ekoloji G. sahәlәrini ayırırlar. Ü m u m i g e o k r i o l o g i y a donmuş süxurların fiziki, kimyәvi vә mexaniki xüsusiyyәtlәrini, litoloji tәrkibini, yayılma sahәlәrini, әmәlәgәlmә vә inkişaf tarixini öyrәnir. M ü h ә n d i s i g e o k r i o l o g i y a donuşluq zonalarında tikinti vә qurğuların layihәlәşdirilmәsi ilә, e k o l o j i g e o k r i o l o g i y a isә bu zonalarda yerlәşәn sәnaye sahәlәrindә baş verә bilәcәk texnogen pozuntuların proqnozlaşdırılması, tәbii mühitә neqativ antropogen tәsiri mәhdudlaşdıran qabaqlayıcı tәdbirlәrin işlәnib hazırlanması ilә mәşğul olur.