Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEOLÓGİYA 

    GEOLÓGİYA (geo... + ...logiya) – bütövlükdә Yerin vә Yer qabığının inkişaf tarixini, quruluşunu, tәrkibini, faydalı qazıntıların yerlәşmә qanunauyğunluqlarını, litosferә antropogen tәsiri vә onun biosferlә qarşılıqlı әlaqәsini tәdqiq edәn elmlәr kompleksi. G. elmi mineralogiya, petrologiya, litologiya, geotektonika, vulkanologiya, faydalı qazıntılar geologiyası, tarixi geoloiya, geoxronologiya, stratiqrafiya, regional geologiya, dәniz geologiyası, hidrogeologiya, mühәndisi geologiya, geokriologiya, ekoloji geologiya vә s. elm sahәlәrinә bölünür. G.-nın araşdırdığı vә hәll etdiyi әmәli vә ya nәzәri mәsәlәlәrin әksәriyyәti Yer qabığının bilavasitә müşahidә edilә bilәn üst hissәsi ilә әlaqәdardır. Yer qabığını, xüsusilә daha dәrindә yatan geosferlәri tәdqiq etmәk üçün G. başqa elmlәrin mәlumatları vә metodlarından, xüsusilә geofiziki vә geokimyәvi metodlardan dolayı istifadә edir. Yer qabığı vә mantiyanın әn üst hissәsi geol. üsullarla – sәthә çıxan vә dağ qazımaları ilә açılan süxurlara baxış vә nümunә-sınaq yoxlamaları ilә öyrәnilir. Regional geol. tәdqiqatların әsas metodu geol. xәritәlәmәdir. Geoloji xәritәlәrin әsasında tektonik vә proqnoz xәritәlәr tәrtib olunur, faydalı qazıntıların axtarışı vә kәşfiyyatı aparılır, mühәndisi-geol. vә ekoloji şәrait qiymәtlәndirilir. Yer qabığının formalaşmasının tәbii-elmi şәkildә dәrki üçün tәtbiq olunan müqayisәli-tarixi üsuldan – aktualizm üsulundan istifadә edilir. Aktualizm tarixi-geol. tәdqiqatlarda, paleotektonikada geniş tәtbiq olunur. Çöküntülәrin stratiqrafik ardıcıllığının vә onların geol. yaşının öyrәnilmәsindә paleontologiya vә izotop geoxronologiyasının mәlumatlarından istifadә olunur. Geol. elmlәr içәrisindә tәdqiqat üsulları vә әhәmiyyәtinә görә dәniz G.-sı xüsusi yer tutur. Dünya okeanı vә onun kәnar vә daxili dәnizlәrinin dibinin geol. öyrәnilmәsi geofiziki aparatlar, geokimyәvi cihazlar, foto- vә kinoaparatlarla tәchiz olunmuş xüsusi elmi-tәdqiqat gәmilәri vasitәsilә aparılır. Geol. elmlәrin nәzәri vә praktiki tәdqiqatlarında fiziki, riyazi vә kompüter modellәşdirmәsi metodlarından, kompüter texnologiyalarının tәtbiqindәn geniş istifadә olunur. Yerin tәsviri vә tәdqiqi ilә mәşğul olan elmlәr bir-birilә sıx әlaqәli olduğundan onları dәqiq qruplaşdırmaq xeyli çәtindir. Geol. tәdqiqatlar, әsasәn, üç istiqamәtdә aparılır: T ә s v i r i G. mineralları, süxurları tәsvir edir, layların vә intruziv kütlәlәrin tәrkibini, formasını vә ölçülәrini, yatım şәraitini, layların ardıcıllığını vә s. xüsusiyyәtlәri öyrәnir. D i n a m i k i G. geol. proseslәri vә onların tәkamülünü öyrәnir. Geol. proseslәr hәm xarici, hәm dә Yerin daxili qüvvәlәrinin tәsirindәn baş verir. Bu proseslәr tәkcә tәbii şәraitdә deyil, hәmçinin eksperimental yolla da öyrәnilir. T a r i x i G. Yerin geol. keçmişini öyrәnib bәrpa etmәklә mәşğuldur; o, layların vә b. geol. kütlәlәrin yayılması vә ardıcıllığını, tektogenez, metamorfizm proseslәrini, faydalı qazıntı yataqlarının әmәlә gәlmәsi vә pozulmasını, dәnizlәrin transqressiya vә reqressiyasını, buzlaşma epoxa- larının buzlaqlararası epoxalarla әvәz olunmasını vә s. geol. proses vә hadisәlәrin baş verdiyi vaxtı, onların ardıcıllığını, davamiyyәt müddәtini araşdırır.

                                                                                       Tarixi oçerk

    G. tarixindә iki mәrhәlә – elmәqәdәr vә elm mәrhәlәlәrini ayırırlar. Birinci mәrhәlә bәşәriyyәtin ilkin inkişafından 18 әsrin ortalarınadәk geniş bir xronoloji diapazonu әhatә edir. 18 әsrin 2-ci yarısı ikinci mәrhәlәyә keçid dövrüdür. Elm mәrhәlәsi üçün ilkin faktik materialın toplanması, geol. müşahidә üsullarının işlәnib hazırlanması sәciyyәvidir. G.-ya aid ilk biliklәr Qәdim Misir, Çin vә Hindistanda meydana gәlmişdir. Daha sonralar ayrı-ayrı geol. mәsәlәlәrin hәlli ilә qәdim yunan vә Roma alimlәri (Pifaqor, Aristotel, Strabon, Plini vә b.) mәşğul olmuşlar. Orta әsrlәrdә yaşamış İbn Sinanın, Biruninin vә Nәsrәddin Tusinin әsәrlәrindә bәzi minerallar, filizlәr vә s. haqqında maraqlı mәlumatlar var. “G.” sözü mәtbuatda 15 әsrdә meydana gәlmiş, lakin indikinә nisbәtәn başqa mәna kәsb etmişdir. Müasir mәnada “G.” terminini ilk dәfә 1657 ildә Norveç tәbiәtşünası M.P. Eşolt işlәtmişdir. 17 әsrin 2-ci yarısı – 18 әsrin 1-ci yarısının tәbiәtşünasları (N.Steno, R.Quk, A.L.Moro, R.Dekart, Q.V. Leybnits) Yerin quruluşu vә inkişafına dair әsәrlәri ilә elmi G.-nın әsaslarını yaratdı. 18 әsrin ortalarında kosmoqonik fәrziyyәlәr meydana gәldi; Günәş sisteminin elmi modelinin (J. De Büffon, P.Laplas) yaradılmasına cәhdlәr oldu.

    Geologiya 18 әsrin sonu – 19 әsrin 1-ci yarısında. 18 әsrin 2-ci yarısında sәnayenin inkişafı ilә әlaqәdar mineral xammala olan tәlәbat artmış, bununla Yer tәkinin öyrәnilmәsinә maraq çoxalmış, geol. tәdqiqatlar genişlәnmiş, G. bir elm kimi formalaşmağa başlamışdır. 18 әsr vә 19 әsrin başlanğıcında Qәrbi Avropada bütün süxurların kristallaşma yolu ilә sudan әmәlә gәldiyini hesab edәn neptunistlәrlә (alman alimi A.Q.Verner vә b.) süxurların әmәlә gәlmәsindә Yerin daxili qüvvәlәrinә üstünlük verәn plutonistlәr (C. Getton vә b.) arasında mübarizә gedirdi. İngilis topoqrafı U. Smit vә fransız alimlәri J. Küvye vә A. Bronyarın tәdqiqatları ilә paleontologiyanın başlanğıcı vә geoxronologiyanın әsası qoyulmuşdur. Yer qabığı çöküntülәrinin stratiqrafik sxemi yaradılmışdır (R.İ. Murçinson, A. Secvik vә b.). Bu dövrdә mürtәce katastrofizm (fәlakәtlәr) nәzәriyyәsi geniş yayılmışdır. 1830–33 illәrdә Ç. Layel nәşr etdirdiyi üçcildlik kitabında bu nәzәriyyәnin әksinә çıxmış, lakin onun tәkamül ideyası 20 ildәn sonra qәbul edilmişdir. Bu dövrdә geol. tәdqiqatlar artıq geniş miqyas almış vә daha da tәşkilatlanmışdır. 19 әsrin әvvәllәrindә Londonda Geologiya Cәmiyyәtinin (1807), Rusiya Mineralogiya Cәmiyyәtinin (1817) vә Fransa Geologiya Cәmiyyәtinin (1830) әsasları qoyulmuşdur. 19 әsrin ortalarına doğru belә cәmiyyәtlәr bir çox Avropa ölkәlәrindә yaranmış, G. müstәqil elmi fәnn kimi meydana çıxmışdır.

    Geologiya 19 әsrin 2-ci yarısında. Ədәbiyyatda “klassik” adlandırılmış bu dövr Ç.Layelin vә Ç.Darvinin tәkamül ideyalarının zәfәrilә xarakterizә olunur Bu dövrdә geosinklinallar (C.HollC.Dana) vә platformalar (E.Züss, E.Oq, Q.A.Trautşold, Q.P.Gelmersen, A.P.Karpinski, A.P.PavlovY.Lukaşeviç vә s.) haqqında ilk tәsәvvürlәr meydana gәlmişdi; Ç.Layelin vә Ç.Darvinin tәkamül ideyaları möhkәm әsaslandırılmış, Yerin vә onun sәthinin (E.Züss) tarixinin elmi tәsviri ümumi şәkildә canlandırılmışdır. 19 әsrin sonunda filizәmәlәgәlmәnin әsas konsepsiyaları formalaşmış, neftә faydalı qazıntı kimi baxış yaranmış, onun genezisi barәdә ilk ehtimallar söylәnmişdir (İ.Uayt, ABŞ; Q.Gefer, Avstriya; T.Xant, Kanada; Q.Potonye, Almaniya; D.İ.Mendeleyev, G.V.AbixD.İ.Mixaylovski, Rusiya). Şәffaf şliflәrin hazırlanma metodikası (G.K.Sorbi) vә polyarizasiya mikroskopunun tәtbiqi optik petroqrafiyanın (F.Sirkel, K.G.Rozenbuş, O.Mişel-Levi, F.Fuke, G.V.Abix, A.A.İnostrantsev, A.P. Karpinski, F.Y.Levinson-Lessinq vә b.) yaranmasına sәbәb oldu. Kristalloqrafiya mineralogiyadan ayrılaraq müstәqil fәnn kimi inkişaf etmәyә başladı. Yerin dәrinlik quruluşunu öyrәnmәk üçün seysmik dalğalardan istifadә etmәk tövsiyә olundu (B.B. Qolitsın, İ.E. Vixert vә E.Reberavşits, C.Mill). Qravimetrik (C.Q. Stoks, C.B.Eri vә C.Pratt, K.Detton) vә maqnitometrik (K.Qauss, A.Humbolt, R.Tallen, E.E.Leyst) mәlumatlardan istifadә metodikaları işlәnib hazırlandı.

    Geologiya 20 әsrdә. 20 әsrin әvvәllәrindәn – 1960-cı illәrә qәdәr G.-nın inkişafında әdәbiyyatda “böhran” dövrü adlandırılan bu dövr bütövlükdә tәbiәtşünaslıqda dönüş mәrhәlәsi oldu. Mikrofizikada әldә edilәn nailiyyәtlәr, rentgen şüalarının, tәbii radioaktivliyin kәşfi G.-nın inkişafına tәsir etmәyә bilmәzdi. Bu dövrdә Yer qabığının quruluşu vә maddi tәrkibinin öyrәnilmә metodları tәkmillәşmiş, G.-nın bütün sahәlәri inkişaf etmişdir. Günәş sisteminin yaranması haqqında tәfәkkür dәyişmişdir. Tektogenezin mexanizmi barәdә irәli sürülmüş fәrziyyәlәrin içәrisindә mobilizm – Yer qabığının horizontal yerdәyişmәsi fәrziyyәsi (O.Ampferer, A.Vegener, F.Teylor, A.Holms, C.Coli, F.Veyninq-Meynets, R.Ştaub, E.Arqan, O.Hiltenberq, L.Edyed) mühüm әhәmiyyәt kәsb edirdi. Fiksizm tәrәfdarları (R.V. van Bemmelen, E.Haarman, B. vә R.Villislәr, V.V.Belousov vә b.) isә vertikal tektonik hәrәkәtlәrә üstünlük verirdi. 1930–50-ci illәrdә geosinklinallar haqqında tәlim nәzәri vә praktiki G.-nın inkişafına hәlledici tәsir göstәrdi. Geotektonika ayrıca elmi fәnn kimi ortaya çıxdı; onun şöbәlәrinin (geosinklinallar vә platformalar haqqında tәlim) inkişafı H.Ştille, C.M.Key, A.D.Arxangelski, N.S.Şatski, V.V.Belousov, A.V.Peyve, A.L.Yanşin, A.A.Boqdanov, M.V.Muratov, V.E.Xain vә b.-nın işindә öz әksini tapdı. 1940-cı illәrdә geotektonikada dәrinlik qırılmaları (U.Hobbs, H.Kloos, H.Ştille, R.Zonder, A.V.Peyve) vә neotektonika (V.A.Obruçev, S.S.Şults, N.İ.Nikolayev) tәlimi formalaşdı. Qitәlәrin әksәr sahәlәrinin geol. xәritәlәri tәrtib olundu. Biostratiqrafik metod Son Kembriyәqәdәrәdәk yayıldı; Rifey vә Vend ayrıldı. Mikropaleontologiya vә palinologiya sәrbәst fәnn kimi formalaşdı. Petroqrafiyada fiziki-kimyәvi istiqamәt inkişaf etmәyә başladı (Y.G.L.Foqt, V.M. Qoldşmidt, Y.S.Fyodorov, N.S.Kurnakov, N.L. Bouen, P.Niqqli, A.N.Zavaritski, D.S. Korjinski), süxurların metamorfizmi barәdә tәlim yarandı (V.M.Qoldşmidt, Y.Siderholm, U.Qrubenman, Ç.R.Van Hayz, F.İ.K.Bekke vә b.), çökmә süxurlar petroqrafiyası müstәqil litologiya elmi kimi formalaşdı (U.Tvenhofel, U.Krumbeyn, M.S.Şvetsov, L.V.Pustovalov, N.M.Straxov, L.B.Ruxin, V.P.Baturin vә b.), geokimya elmi meydana gәldi (F.U. Klark, V.İ.Vernadski, A.Y.Fersman, V.M.Qoldşmidt). E.Rezerfordun radioizotopların kömәyilә süxurlarda geol. yaşın tәyin edilmәsi ehtimalı Amerika tәdqiqatçıları B.Boltvud, C.Reley vә C.Barrel, A.Xolmsun işlәrindә öz әksini tapdı. Fanerozoyun Xolms tәrәfindәn dәrc edilmiş (1913) vә Barrel tәrәfindәn dәqiqlәşdirilmiş (1917) Fanerozoyun geoxronoloji şkalası müasir şkaladan az fәrqlәnir. Maddәnin tәbii radioaktivliyinin kәşfi kristalloqrafiya vә mineralogiyada әsl inqilab yaratdı. Rentgenostruktur vә rentgenofaza analizlәri mineralların kristallik strukturu vә tәrkibininin tәyinindә әsas metoda çevrildi (M.Laue, U.H.Breqq, U.L.Breqq, G.V.Vulf vә b.). Əsrin ortalarında yeni elmi istiqamәt – regional metallogeniya yarandı (S.S. Smirnov, Y.A.Bilibin vә b.), neftli-qazlı hövzәlәr barәdә tәlimin әsası qoyuldu (İ.O.Brod, V.N.Veber, V.Y.Xain, L.Q. Uiks). Uzun müddәt neftin әmәlә gәlmәsi barәdә abiogen (Mak-Dermot, N.A.Kudryavtsev, V.B.Porfiryev) vә biogen (G.Potonye, G.P.Mixaylovski, V.İ.Vernadski, İ.M.Qubkin, V.N.Veber vә b.) fәrziyyәlәr rәqabәt apardı. 20 әsrin 1-ci yarısında geol. praktikada geofiziki tәdqiqat metodlarından istifadә olunmağa başlandı. Yerin öyrәnilmәsindә geofizikanın inkişafına 2-ci Beynәlxalq qütb ili (1932–33) vә 1-ci Beynәlxalq geofizika ili (1957–58) proqramlarının realizasiyası öz töhfәsini verdi. 1960-cı illәr G.-nın inkişafında dönüş yaratdı; Dünya okeanının dibi tәqiq olundu, kosmik fәza vә kosmosdan Yer vә Günәş sisteminin digәr planetlәri, orta okean silsilәlәri öyrәnildi. Okeanlar üzrә paleomaqnit mәlumatlara (F.Vayn vә D.Metyuz) әsasәn Son Tәbaşirәdәk maqnitostratiqrafik şkala yaradıldı (A.Koks, B.Dalrimpl, R.Doell, C.Heyrtsler, U.Pitmen, M.Talvani, K. Le Pişon vә b.). Kontinental süxurlarda qalıq maqnetizmin tәyini maqnitostratiqrafik şkalanı bütün Fanerozoy üçün tәrtib etmәyә imkan verdi (P.Blekett, K.Rankorn, A.N.Xramov, D.M.Peçerski vә b.). Kontinental riftlәrin genişmiqyaslı vә hәrtәrәfli tәdqiqini kontinental G.-nın müvәffәqiyyәtinә aid etmәk olar (V.V.Belousov, E.E.Milanovski, D.Makkenzi, B.Vernike). Yerin dәrin qatlarında maddәnin tәrkibini vә vәziyyәtini öyrәnmәk üçün eksperimental mineralogiyanın mәlumatlarından istifadә olundu. 1990-cı illәrin ortalarına rentgenostruktur analiz metodları vasitәsilә küllü miqdarda mineral strukturu öyrәnildi. İzotop geoxronologiyanın müvәffәqiyyәtlәri Kembriyәqәdәr komplekslәrin quruluşunun öyrәnilmәsinә vә Yerin quruluşunun ilkin mәrhәlәsinin bәrpasını yaratmağa hәlledici tәsir göstәrdi. Kosmik tәdqiqatların inkişafı ilә әlaqәdar Ay, Venera vә Marsın kimyәvi tәrkibi tәdqiq olundu; onların vә digәr planetlәrin geol., geomorfoloji, tektonik xәritәlәri tәrtib olundu. Faydalı qazıntılar G.-sı sahәsindә prinsipial dәyişikliklәr baş verdi; uran filizlәri, nadir torpaq elementlәri, yeni-yeni faydalı qazıntı növlәri tәdqiqata cәlb olundu. 20 әsrdә praktiki olaraq Yer sәthindә geol. cәhәtdәn öyrәnilmәmiş “ağ lәkәlәr” qalmamışdı. Bütün ölkәlәrdә geol xәritәlәmә işlәri aparılmış, müxtәlif miqyaslı geol. xәritәlәr tәrtib edilmişdir. Bu xәritәlәrdә Dünya okeanı dibinin strukturu vә yaşının, hәmçinin Kembriyәqәdәr komplekslәrin dәqiq bölgüsünün әksi onların әsas xüsusiyyәtini tәşkil edirdi.

    Müasir mәrhәlәdә geol. biliklәr bәşәriyyәt qarşısında duran bir çox vacib mәsәlәlәrin hәllindә mühüm әhәmiyyәt kәsb edir.

    Azәrbaycan geologiyası 20 әsrdә. Azәrb. әrazisindә geol. tәdqiqatlar әsrin әvvәlindә tәsviri xarakter daşımış, ayrı-ayrı neft yataqlarının vә b. faydalı qazıntı tәzahürlәrinin öyrәnilmәsindәn ibarәt olmuşdur. 1901–20 illәrdә geol. tәdqiqatlar genişlәnmiş, yanar, filiz vә qeyri-metal faydalı qazıntıların yayıldığı әrazilәrin G.-sı öyrәnilmişdir. Neft r-nlarının, xüsusilә Abşeron y-a-nın geol. quruluşu, Daşkәsәn dәmir vә kobalt filizlәri, Gәdәbәy mis filizi vә Naxçıvan duz yataqları nisbәtәn әtraflı öyrәnilmiş, әrazinin geol. quruluşunun әsas xüsusiyyәtlәri aşkar edilmişdir. Azәrb.-ın geol. cәhәtdәn әtraflı öyrәnilmәsinә 1920 ildәn sonra başlanılmışdır. Tәdqiqat işlәri Azәrb. SSR EA İ.M. Qubkin ad. Geologiya İn-tunda, Azәrb. Dövlәt Neft Sәnayesi El- mi-Tәdqiqat vә Layihә İn-tunda, ADU-nun (indiki BDU) vә Neft vә Kimya İn-tunun (indiki ADNSU) müvafiq fakültәlәrindә vә bir sıra elmi tәdqiqat in-tlarında aparılmışdır. “Azәrneft” idarәsi nәzdindә resp.-nın neftli-qazlı sahәlәrinin planlı surәtdә öyrәnilmәsi, axtarış-kәşfiyyat işlәrinin genişlәndirilmәsi, neft yataqları ehtiyatlarının hesablanması vә sәmәrәli istismarı mәsәlәlәri üzrә Xüsusi Geoloji Büro yaradılmışdır. 1945 ildәn başlayaraq paleontologiya, stratiqrafiya, regional G. vә tektonika, litologiya, paleocoğrafiya, geoxronologiya, neft-qaz G.-sı vә geokimyası, mineralogiya, kristalloqrafiya, petrologiya, paleovulkanologiya, metallogeniya, geokimya, filiz vә qeyri-metal faydalı qazıntıların G.-sı, hidrogeologiya vә mühәndisi G., dәnizin G.-sı tәşәkkül tapmışdır. Azәrb.-da G. elminin inkişafında akad.-lәrdәn Hәsәn Əhmәdov, Musa Əliyev, Akif Əlizadә, Əliәşrәf Əlizadә, Qambay Əlizadә, Şamil Əzizbәyov, Mirәli Qaşqay, Şәfaәt Mehdiyev, Əliәşrәf Mәmmәdov, Sübhi Salayev, Əzәl Sultanov, Ədhәm Şıxәlibәyli, Əhәd Yaqubov vә b.-nın mühüm xidmәtlәri olmuşdur.

    Elmi tәşkilatlar, beynәlxalq әmәkdaşlıq, dövri nәşr. Azәrb.-da geol. tәdqiqatlar, yüksәk ixtisaslı geoloqların hazırlanması, elmi jurnalların, әsәrlәr toplusunun, monoqrafiyaların çap edilmәsi ilә AMEA Geologiya vә Geofizika İnstitutu, Bakı Dövlәt Universiteti, Azәrbaycan Dövlәt Neft vә Sәnaye Universitetinin müvafiq fakültәlәri, Azәrbaycan Neftçi Geoloqları Cәmiyyәti (1993 ildә Amerika Neftçi Geoloqlar Assosiasiyasının rәsmi Azәrb. bölmәsi kimi tәsdiq edilmişdir. 1996 ildәn Avropa Yer elmlәri vә Mühәndislәri Assosiasiyası ilә әmәkdaşlıq edir) vә Azәrbaycan Geoloqlarının Milli Komitәsi (1993 ildәn Geoloji Elmlәrin Beynәlxalq İttifaqının üzvüdür) mәşğul olur. Xarici ölkәlәrdә G. sahәsindә tәdqiqatlar ali mәktәblәrdә, hәmçinin elmi tәdqiqat in-tlarında, laboratoriyalarda aparılır. Beynәlxalq әmәkdaşlıq Avropa vә Şimali Amerika alim-geoloqlarının regional tәşkilatı (Amerika Geologiya Cәmiyyәti, 1888 ildә yaradılmışdır; Amerika Geofizika İttifaqı, 1919; Amerika Neftçi Geoloqlar Assosiasiyası, 1917) çәrçivәsindә hәyata keçirilir. Avropa geoloqları 1975 ildәn dövri olaraq G. cәmiyyәtlәrinin qurultaylarına vә 1981 ildәn Strasbur ş.-ndә geol. elmlәrin Avropa İttifaqı yığıncaqlarına toplanırlar. Avropa geofiziklәrinin qurultayı Nitsa ş.-ndә keçirilir. Şimali Amerika alimlәri il әrzindә iki elmi sessiya keçirir. G.-nın ümumi mәsәlәlәri Beynәlxalq Geoloji Konqresin (1878) sessiyalarında müzakirә olunur. Beynәlxalq “Litosfer” geol. proqramına әsasәn Avropanın dәrinlik quruluşunun kompleks öyrәnilmәsini nәzәrdә tutan “Avrosınaq” layihәsi yerinә yetirilir. Bu proqramda hәmçinin qitәlәrdәn keçәn dәrinlik profilinin tәrtibi nәzәrdә tutulmuşdur. Dәrinsu buruq qazımasında ABŞ, Kanada, Avropa ölkәlәri vә Yaponiya mütәxәssislәri iştirak edir. Antarktida beynәlxalq poliqonunun geol.-geofiziki tәdqiqatları ilә ABŞ, B. Britaniya, RF, Yaponiya, Avstraliya, Yeni Zelandiya vә s. ölkәlәrin alimlәri mәşğuldur. Arktikanın öyrәnilmәsindә Amerika, Rusiya, Kanada, Almaniya vә Skandinaviya geoloqları sәylәrini birlәşdirmişlәr. İki vә üçtәrәfli birgә geol.-geofiziki layihәlәr tәrtib olunur. Müxtәlif ölkә әrazilәrinin geol. planaalınmasını tәşkil edәn geol. xidmәt fәaliyyәt göstәrir. İxtisaslaşdırılmış beynәlxalq jurnallar nәşr olunur. Geol. informasiyalar daşıyan elektron baza genişlәnir.

    Əd.: Ə l i z a d ә  Ə.Ə., B a b a y e v M.S. Ümumi geologiya. B. 1973; Х е л л е м А. Великие геологические споры. М., 1985; Б е л о у с о в В.В. Очерки истории геологии. М., 1993; Х а и н В.Е. Основные проблемы современной геологии. 2-е изд. М., 2003; Х а и н В.Е., Р я б у х и н А.Г. История и методология геологических наук. 2-е изд. М., 2004.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN