GEOLOJİ FƏLAKƏTLƏR – geol. mühitin vә onun parametrlәrinin irimiqyaslı dәyişmәsi; insan ölümü, maddi ziyan, bitki, yaxud heyvanların kütlәvi mәhvi ilә müşayiәt olunur. Mühit ani zamanda (zәlzәlә) vә bir neçә mln. il әrzindә (kütlәvi vulkan püskürmәlәri) dәyişilә bilәr. G.f. tәbii vә texnogen amillәrlә bağlı olur. Endogen vә ekzogen mәnşәli tәbii G.f.-inә ayrılır. Endogen G.f. Yerin tәkindә gedәn proseslәrlә (vulkan püskürmәlәri, zәlzәlәlәr vә bunların yaratdığı sunamilәr vә s.) әlaqәdardır. Yer öz tarixi inkişafında bir sıra G.f.-lә üzlәşmişdir, belә ki, e.ә. 3450–3400 illәrdә vulkan külü yağışı “Misir zülmәti”ni yaratmış; e.ә. 15 әsrdә Egey dәnizindә Santorin vulkanının püskürmәsi çox güman ki, At- lantidanı batırmış; 79 ildә Vezuvinin püskürmәsi Pompey vә Herkulanum ş.-lәrini dağıtmışdır. 1138 ildә Suriyada baş vermiş zәlzәlә tәqr. 230 min, 1556 ildә Çinin Şensi әyalәtindәki zәlzәlә tәqr. 830 min, 1755 ildә Lissabon zәlzәlәsi tәqr. 77 min, 1815 ildә İndoneziyada Tambora vә 1883 ildә Krakatau vulkanlarının püskürmәsi tәqr. 60 vә 36 min, 1970 ildә Perudakı zәlzәlә 66 mindәn çox, 1976 ildә Çindәki Tanşan zәlzәlәsi 240 mindәn çox, 1988 ildә Erm.-dakı Spitak zәlzәlәsi tәqr. 25 min, İranda 1990 ildәki zәlzәlә 40 mindәn çox vә 2003 ildәki zәlzәlә 31 min, 2005 ildә Pakistandakı zәlzәlә 80 mindәn çox, 2004 ildә Cәnub-Şәrqi Asiyadakı (Sumatra) sunami tәqr. 280 min insan tәlәfatına sәbәb olmuşdur. Ekzogen G.f. Yer sәthindә gedәn proseslәrlә (uçqunlar, sürüşmәlәr, sellәr, lösvarı süxurların oturması vә s.) әlaqәdardır. Misal olaraq Krımın Cәnub sahilindә yolları, Tac.-ın dağlıq r-nlarında kәndlәri dağıdan sürüşmәlәri, 1921ildә Alma-Ata ş.-ndә evlәri vә küçәlәri, 2000 ildә Şimali Qafqazda Baksan çayı dәrәsindә binaları, körpü vә yolları dağıdan sellәri göstәrmәk olar. G.f. kompleks geol. amillәr nәticәsindә dә baş verә bilәr. Antropogen fәaliyyәt (dağ-mәdәn işlәrinin aparılması, meqapolislәrin tikintisi, meliorasiya işlәrinin aparılması vә s.) texnogen G.f. yaradır. Bir sıra tәdqiqatçılar meteoritlәrin vә iri asteroidin Yerә düşmәsi ilә әlaqәdar kosmogen G.f.-ini dә ayırırlar. Miqyasına görә G.f. qlobal, kontinental, milli, regional vә yerli әhәmiyyәtli olur.
Sakit okeanda baş vermiş zәlzәlәdәn sonra Xonsyu adasının (Yaponiya) şәrq sahillәrindә sunaminin törәtdiyi dağıntılar. 11 mart 2011.
Yerin geol. keçmişindә qlobal tәbii G.f. nәticәsindә qısa (10–15 mln. il) geol. zaman daxilindә canlıların kütlәvi mәhvi baş vermişdir. Üzvi alәmin inkişafındakı bu fasilә çökmә süxurlarda qazıntı fauna vә flora tәrkibinin kәskin dәyişmәsindә öz әksini tapmışdır. Canlıların kütlәvi mәhvinә sәbәb kimi vulkan püskürmәlәrini vә onların yaratdığı kәskin iqlim dәyişikliyini, buzlaşmanı, dәnizlәrin qlobal reqressiyasını, Yerә iri göy cisiminin düşmәsini göstәrirlәr. Mәs., Tәbaşirin sonu vә Paleogendә dinozavrların vә bir çox digәr orqanizmlәrin yoxa çıxmasını Yerә iri (diametri 10 km) asteroidin düşmәsi ilә bağlayırlar.
Əd.: Р е з а н о в И.А. Великие катастрофы в истории Земли. 2-е изд. М., 1984; Кукал З. Природные катастрофы. М., 1985.