GEOLOJİ XƏRİTƏLƏR – Yer sәthinin hәr hansı bir sahәsinin geol. quruluşunu topoqrafik әsas üzәrindә әks etdirir; geol. planaalma, hәmçinin geol. tәdqiqatlar zamanı toplanmış materiallar әsasında tәrtib edilir. G.x. miqyasına görә icmal (1:1000000-dan kiçik), kiçikmiqyaslı (1:1000000), ortamiqyaslı (1:200000), irimiqyaslı (1:50000) vә müfәssәl (1:10000 vә daha böyük) olur. İcmal G.x. böyük әrazilәr, qitәlәr vә bütün Yer kürәsi, digәr xәritәlәr isә ayrı-ayrı regionlar vә sahәlәr üçün tәrtib edilir. G.x. Yer qabığının geol. quruluşu, inkişafı, faydalı qazıntılarının yayılma qanunauyğunluqları haqqında nәticә çıxarmağa imkan verir, axtarış vә kәşfiyyat işlәrinin layihәlәşdirilmәsinin, tikinti işlәrinin, mühәndisi-geol. tәdqiqatların vә s.-nin aparılmasının әsasını tәşkil edir. Mәzmun vә mәqsәdindәn asılı olaraq xüsusi G.x.-lәr, Antropogen çöküntülәrinin, litoloji, paleocoğrafi, hidrogeoloji, faydalı qazıntı, mühәndisi-geol., geokimyәvi vә proqnoz-geol. xәritәlәri olur. Xüsusi G.x.-in daha böyük әhәmiyyәti var. Bu xәritәlәrdә süxurların yaşı, mәnşәyi, yatım elementlәri vә ayrı- ayrı komplekslәr arasındakı sәrhәdlәrin xüsusiyyәtlәri rәnglәr, ştrixlәr, hәrflәr, rәqәmlәr vә başqa şәrti işarәlәrlә göstәrilir. Çök- mә, vulkanik vә metamorfik süxurların yaşı rәnglәr, tәrkibi ştrixlәrlә, intruziv vә bәzi vulkanik süxurların tәrkibi isә müstәsna olaraq rәng vә ya hәrflә tәsvir edilir. G.x.-dә, hәmçinin faunistik qalıqların tapıldığı yerlәr, süxur vә mineralların yaşının tәyin olunduğu mәntәqәlәr, paleomaqnit mәlumatlar, habelә buruq quyularının yeri, mühüm geol. obyektlәr vә s. әks olunur. Əksәr G.x.-ә geoloji kәsiliş, iri vә ortamiqyaslı xәritәlәrә stratiqrafik sütun әlavә olunur. Şәrti işarәlәr izahatı ilә birlikdә xәritәdә cәdvәl (legenda) şәklindә verilir. Son illәr quru vә şelf zonası ilә yanaşı okean dibinin dә G.x.-i tәrtib edilir. Ay, Mars, Venera vә digәr göy cisimlәrinin G.x.-inin tәrtibinә cәhd göstәrilir.
Azәrb.-ın birinci geol. xәritәsi 1924 ildә V.V.Boqaçov tәrәfindәn tәrtib olunmuş, regional geol. tәdqiqatlar Ə.Əlizadә, V.Y.Xain, Ş.Əzizbәyov, M. Əliyev vә b. tәrәfindәn genişlәndirilmişdir. 1973 ildә Azәrb. SSR EA-nın İ.M.Qubkin ad. Geologiya İn-u (indiki Geologiya vә Geofizika İn-tu) ilә Azәrb. Geologiya İdarәsinin (indiki Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin) birgә tәrtib etdiyi Azәrb.-ın 1:500000 miqyaslı daha müfәssәl geol. xәritәsi nәşr edilmişdir.
Xarici ölkәlәrdә G.x.-in tәrtibi ilә Dövlәt geol. xidmәti vә şәxsi geol. strukturlar mәşğul olur. Beynәlxalq geol. konqresdә Dünyanın geol. xәritәsi üzrә komissiya fәaliyyәt göstәrir.
Əd.: М и х а й л о в А.Е. Структурная геология и геологическое картирование. 4-е изд. М., 1984; Б е л о у с о в В.В. Структурная геология. М., 1986; Azәrbaycan xüsusi cildinin Geologiya bölmәsi. B., 2007.