GEOLOJİ KƏSİLİŞ – Yer qabığının üst hissәsinin geol. quruluşunun şaquli kәsiminin tәsviri. Müxtәlif yaşlı vә tәrkibli süxurların yatım şәraiti, geol. kütlәlәrin forması vә onların qalınlıqlarının dәyişmәsi, pozulmaların xarakteri vә s. şaquli müstәvidә qrafiki tәsviri edilir. Geol. xәritәlәrin әsas tamamlayıcı hissәsidir; eyni legenda vә miqyasda yerinә yetirilir. G.k.-in tәrtibindә yerüstü müşahidәlәrdәn, quyu mәlumatlarından vә geofiziki müşahidәlәrdәn istifadә edilir. G.k., adәtәn, geol. strukturun uzanmasına perpendikulyar qurulur; geol. xәritә ilә eyni vaxtda tәrtib edilir. G.k.-in şaquli vә üfüqi miqyasları eyni götürülür. Bir sıra әmәli mәsәlәlәrin hәllindә (d.y. xәtlәri layihәlәşdirilәrkәn vә s.) şaquli miqyasın üfüqi miqyasdan on vә hәtta yüz dәfә çox olmasına yol verilir. G.k. bir növ әrazinin dәrinlik quruluşunu әks etdirәn qrafiki modeldir. G.k.-dә, adәtәn, qazıma quyularının yeri vә dәrinliyi göstәrilir; profil üzәrindә geofiziki sahәlәrin qrafiklәri yerlәşdirilir.