Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEOLOJİ KƏŞFİYYAT İŞLƏRİ

    GEOLOJİ KƏŞFİYYAT İŞLƏRİ – faydalı qazıntı yataqlarının aşkar olunmasına vә onların sәnaye istifadәsinә yönәlmiş kompleks işlәrin mәcmusu. G.k.i.-nin elmi әsasını tәdqiq edilәn sahәdә faydalı qazıntıların ehtimal yayılma xәritәlәri vә ya faydalı qazıntıların yerlәşmәsinin proqnoz xәritәlәri tәşkil edir. G.k.i. zamanı faydalı qazıntının yerlәşmә qanunauyğunluğu, әmәlәgәlmә şәraiti, yatağın quruluşu vә mineraloji tәrkibi vә s. öyrәnilir. Görülәn işlәrin miqyasından vә vәzifәsindәn asılı olaraq G.k.i. geofiziki, geokimyәvi, aerokosmik vә s. planaalma işlәrini әhatә edir; dağ-mәdәn vә dәrin kәşfiyyat qazımasının, sınaq nümunәlәrinin mәlumatlarına әsaslanır. Topoqrafiya vә markşeyder işlәri, hidrogeoloji, mühәndis-geol. vә s. tәdqiqatlar da G.k.i.-nin tәrkib hissәsidir. G.k.i. bir neçә mәrhәlәdә aparılır; hәr mәrhәlәdә ehtiyatlar müәyyәn kateqoriyalar üzrә qiymәtlәndirilir. Bәrk faydalı qazıntılar 3 mәrhәlәdә öyrәnilir: 1-ci mәrhәlә ümumi geol. işlәr vә minerageniya tәyinatlıdır; Yer tәkinin geol. öyrәnilmәsi, faydalı qazıntıların proqnozlaşdırılması vә ehtiyatların P3 vә P2 kateqoriyalar üzrә hesablanmasından ibarәtdir. 2-ci mәrhәlә yataqların axtarışını vә qiymәtlәndirilmәsini әhatә edir. Axtarış mәrhәlәsindә ehtiyatlar analoji yataqların göstәricilәrinә әsasәn P2 kateqoriyası üzrә müәyyәn edilir. Qiymәtlәndirmә mәrhәlәsindә isә ehtiyatlar C1+C2 vә P1 kateqoriyaları ilә hesablanır. 3-cü mәrhәlә yataqların kәşfiyyatı vә mәnimsәnilmәsindәn ibarәtdir. Faydalı qazıntı yataqlarının kәşf olunmuş ehtiyatları C2 , C1, B, A kateqoriyaları üzrә hesablanır. Bәrk faydalı qazıntıların mәrhәlәli kәşfiyyat sxemi BMT tәrәfindәn tәqdim olunmuş (1997) Beynәlxalq çәrçivә tәsnifatına vә digәr xarici tәsnifatlara uyğundur.

    G.k.i. neft vә qaza da 3 mәrhәlәdә (regional, axtarış-qiymәtlәndirmә, kәşfiyyat) yerinә yetirilir. Dәnizdә G.k.i. şelf zonasının vә Dünya okeanı dibinin bәrk (dәmir-manqanlı konkresiyalar, kobaltlı qabıqcıqlar, dәrinsu sulfidlәri, metallı çöküntülәr vә b.), maye vә qaz faydalı qazıntılarını öyrәnir. İşlәr mәrhәlәlәrlә, әsasәn, geofiziki üsullarla aparılır; seysmik kәşfiyyatla yanaşı qravimetrik, maqnitometrik, elektrik kәşfiyyatı üsullarından da geniş istifadә olunur.

    Asan kәşf olunan yataqlar fondu, demәk olar ki, tükәnmişdir. Bu sәbәbdәn G.k.i.-nin qarşısında: sәnaye mәnimsәmәsi qurtarmış әrazilәrdә mineral-xammal bazasını genişlәndirmәk mәqsәdilә dәrindә yatan faydalı qazıntıların aşkar edilmәsi, çәtin keçilә bilәn vә az öyrәnilmiş r-nlarda yeni xammal bazasının hazırlanması, aşağı konsentrasiyalı faydalı komponentlәrә malik, hәmçinin qeyri-әnәnәvi geol.-sәnaye tip yataqların axtarışı vә kәşfiyyatı kimi yeni mәsәlәlәrin hәlli durur.

    Əd.: К а ж д а н А.Б. Поиски и разведка месторождений полезных ископаемых. М., 1984.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN