Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEOLOJİ PLANAALMA

    GEOLOJİ PLANAALMA – Yer qabığının hәr hansı bir sahәsinin geol. quruluşunun vә perspektiv mineral-xammal ehtiyatlarının müәyyәn edilmәsinin әsas üsullarından biri; sahәnin birbaşa naturadan geol. xәritәsini qurmaq üçün aparılan işlәrin mәcmusu. İki mәrhәlәdәn ibarәtdir: çöl tәdqiqatları vә toplanmış faktiki materialın kameral işlәnilmәsi. Çöl işlәri zamanı tәbii vә süni süxur çıxışları öyrәnilir, süxur, mineral, fauna vә flora nümunәlәri götürülür; geol. sәrhәdlәr, tektonik strukturlar, qırılma pozulmaları izlәnilir. Bütün müşahidәlәr geol. gündәlikdә qeyd edilir. Kameral işlәmә prosesindә çöl tәdqiqatlarının nәticәlәri dәqiqlәşdirilir: süxurların tәrkibi, yaşı, mәnşәyi, yatım formaları tәyin edilir, qrafiklәr (stratiqrafik sütunlar, geol. kәsilişlәr vә s.) çәkilir vә son nәticәdә geol. xәritә vә әrazinin geol. quruluşunu, faydalı qazıntıların yerlәşmә qanunauyğunluğunu vә proqnozunu әks etdirәn hesabat tәrtib edilir. G.p.-da aerometodlardan vә geofiziki metodlardan geniş istifadә olunur. G.p. qarşıya qoyulmuş mәsәlәdәn asılı olaraq kiçikmiqyaslı (1:1000000), ortamiqyaslı (1:200000), irimiqyaslı (1:50000) vә müfәssәl (1:10000 vә daha böyük) olur. Tәyinatından asılı olaraq G.p. marşrut vә sahә planaalmalarına bölünür. Azәrb. Resp. әrazisinin 1:200000, 1:100000, 1:50000 miqyaslı, faydalı qazıntı vә neft-qaz yataqları sahәlәrinin isә 1:25000 vә 1:10000 miqyaslı geol. xәritәlәri tәrtib olunmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN