GEOMAQNİTOFÓN (geo... + maqnitofon) – yeraltı mәdәn qazmalarındakı çәtin tutulan sәslәrin qeydiyyatı üçün xüsusi maqnitofon әlavәli geofon. Qәza zamanı qazmalarda qalan işçilәrin yerini tәyin etmәk üçün işlәdilir. G. bәrk әşya ilә süxurlara vurmaqla göndәrilmiş siqnalları kәnar siqnallardan 100 m mәsafәdәn ayırd etmәyә imkan verir.