GEOMORFOZ (geo + yun. ...μόρφωσις – görünüş, davranış) – Yerin cazibә qüvvәsinin tәsiri ilә baş verәn forma dәyişkәnliyi. Cazibә qüvvәsinin tәsir göstәrә bilmәdiyi şәraitdә G. müşahidә olunmur. G.-a misal çiçәklәrin, şam vә qaraçöhrә ağaclarının iynәyarpaqlarının dorzoventral vәziyyәt almasını göstәrmәk olar. G.-ların mexanizmi (hәtta Yerin cazibә qüvvәsinin necә qәbul edilmәsi dә) mәlum deyil. Güman edilir ki, G. qravitasiya sahәsindә maddәlәrin asimmetrik paylanması nәticәsindә baş verir.