GEOMORLAR (yun. γεωμόροι, γῆ – torpaq +... μείρομαι – öz payını almaq, hәrfi mәnada – torpaq payı olan) – Qәdim Yunanıstanda torpaq sahiblәrinin adı: 1) Qәdim Afinada rәvayәtә görә, formalaşması Teseyin (e.ә. 13 әsr) adı ilә bağlı olan әkinçi tәbәqәsi. Solonun dövründә (e.ә. 6 әsrin әvvәllәri) “G.” anlayışı zevqitlәr (әsasәn orta kәndlilәrdәn ibarәt torpaq sahiblәri) mәfhumu ilә әvәz olundu. 2) Sirakuza, Samos a.-nda vә bir sıra yunan polislәrindә torpaq aristokratiyası tәbәqәsi.