GEÓNİM –1) Planetonimlәrin bir növü, Yer kürәsindәki tәbii-fiziki obyektlәrin xüsusi adları (mәs., Afrika qitәsi, Hind okeanı, Lәnkәran ovalığı, Maralgöl, Araz çayı vә s.). 2) Geoloji formasiyaların – çöküntülәrin, tәbәqәlәrin, sәthlәrin, layların, yataqların vә s. xüsusi adları (mәs., Günәşli neft yatağı, Dan ulduzu neft-qaz yatağı vә s.).