Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEORGİ AKROPOLİT

    GEORGİ AKROPOLİT (Γεώργιος ὁ Άκροπολίτης) (1217, Konstantinopol – 1282, Konstantinopol) – Bizans tarixçisi, dövlәt xadimi, yazıçı. Adlı-sanlı ailәdә doğulmuşdu. 1239 ildәn hәyatının sonuna qәdәr Nikeya sarayında, sonra isә Konstantinopol imperatorlarının sarayında xidmәt etmişdi. III İoann Duke Vatatsenin hakimiyyәti zamanı böyük loqariast (intendant; 1239) vә genikon loqofeti (tәqr. 1246) titulları daşımışdı. II Teodor Laskarisin dövründә böyük loqofet (1255) titulu almışdı; sonra isә Balkanlarda geri alınmış әrazilәrin canişini (pretor; 1256) tәyin edilmişdi. Növbәti ildә G.A. Epir hökmdarı (despotu) II Mixail Komninә әsir düşmüşdü. Nikeyalıların Pelaqoniya yaxınlığında qәlәbәsindәn(1259) sonra qohumu olan imperator VIII Mixail Paleoloqun sarayına yollanmış vә yenidәn böyük loqofet titulu almışdı. Konstantinopolun latınlardan geri alınması (1261) münasibәtilә şükür duaları yazmış vә tәntәnәli nitq hazırlamışdı. 1266 ilәdәk Apostol Pavel kilsәsi yanındakı mәktәbin rәhbәri olmuş, fәlsәfә vә riyaziyyatdan dәrs demişdi. Onun şagirdlәri içәrisindә patriarx II Qriqori, filosof İoann Pediasim, tarixçi Georgi Paximer dә vardı. Bir sıra mühüm diplomatik tapşırıqları yerinә yetirmiş, katoliklәrlә kilsә uniyasının bağlanması mәqsәdilә danışıqlarda fәal iştirak etmişdi. Lion kilsә mәclisindә (1274) Bizans sәfirliyinә başçılıq etmiş, imperatorun adından Roma papasına tәntәnәli and içmiş vә kilsәlәrin birlәşdirilmәsi haqqında sәnәdi imazalamışdı.

    G.A.-in başlıca әsәri 1262–67 illәrdә yazılmış “Tarix” Nikeya imperiyasının, Epir dövlәti (çarlığı) vә Bolqarıstanın tarixinә (1203 ildәn 1261 ilәdәk) dair mühüm mәnbәdir. G.A. ritor (natiq) vә antik filosofların şәrhçisi kimi dә şöhrәt qazanmışdı. G.A.-nın ritorika vә ilahiyyata aid bir neçә әsәri dә gәlib dövrümüzә çatmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN