GEORGİ XII Baqrationi (1746–1800/1801) – Kartli-Kaxetiyanın (Şәrqi Gürcüstan) sonuncu çarı (1798 ildәn). II İraklinin oğlu. Lәzgilәrin Dağıstandan müntәzәm basqınları, İran şahı Fәtәli şahın Şәrqi Gürcüstanı himayәsinә almaq cәhdlәri vә daxili çәkişmәlәr sәbәbindәn XII G. imperator I Paveldәn Kartli-Kaxetiya çarlığının Rusiya imperiyasının hakimiyyәtinә keçmәsini xahiş etmәyә vadar oldu. Onun ölmündәn vә Şәrqi Gürcüstana rus qoşunlarının yeridilmәsindәn sonra Kartli-Kaxetiya çarlığı lәğv edildi.