Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEORGİ SİNKELL 

    GEORGİ SİNKELL (Γεώργιος ὁ Σύγκελλος) (? – tәqr. 810) – Bizans tarixçi-salnamәçisi, rahib, patriarx Konstantinopollu Tarasinin (784–806) sinkelli (katib vә saray nümayәndәsi). G.S.-in dünyanın yaranışından 9 әsrin әvvәllәrinәdәk (imperator Diokletianın hakimiyyәtinәdәk) ümumdünya salnamәsi kimi düşünülmüş “Seçilmiş xronoqrafiya” әsәri yalnız 285 ilәdәk yazılmışdı. Ölüm әrәfәsindә dostu Tövbәkar Feofana әsәr üzәrindә işin davamını vәsiyyәt etmişdi. G.S. üçün әsas tarixi mәlumat mәnbәlәri Yuli Afrikanın (3 әsr; bizә gәlib çatmayıb), Kesariyalı Yevsevinin (4 әsrin әvvәllәri; yunan mәtni saxlanılmayıb), Panodorun vә Aleksandriyalı Annianın (tәqr. 4 әsr; bizә gәlib çatmayıb) itmiş әsәrlәri vә İosif Flavinin әsәrlәri olmuşdur. G.S.-in hәmin müәlliflәrin әsәrlәrindәn gәtirdiyi iqtibaslar sayәsindә Manefonun vә Berossun (e.ә. 3 әsr) әsәrlәrindәn parçalar, Enoxun Kitabı vә Yubileylәr Kitabının, “Adәmin hәyatı” vә s. yunan apokrifik kitabların mәtni günümüzә gәlib çatmışdı. G.S.-in әsәri 11 әsrә aid 2 әlyazmada tam şәkildә saxlanılmışdı. G.S.-in “Seçilmiş xronoqrafiya”sını (hәmçinin әsәrin Feofan tәrәfindәn yazılmış ardını) Bizans müәlliflәri yüksәk qiymәtlәndirirdilәr. G.S.-in son antik müәlliflәrin itmiş salnamәlәrinә әsaslanan әsәri yeni dövr Avropa alimlәri tәrәfindәn tarixi xronologiyanın hazırlanması üçün mühüm mәnbәlәrdәn biri olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN