GEORGİ Teofilus (?–8.6.1762, Leypsiq) – alman kitab taciri, naşiri vә biblioqrafı. “Ümumavropa kitab lüğәti”nin (c.1–3, 1750–58) müәllifidir. Əsәrdә çap işinin yarandığı dövrdәn 18 әsrin ortalarınadәk alman, latın (1–4-cü hissәlәr) vә fransız (5-ci hissә) dillәrindә buraxılan kitabların әlifba sırası ilә müәlliflәr vә anonim başlıqlar üzrә tәsviri verilmişdir. G. bu göstәricidә biblioqrafik tәsvir elementlәrini altı sütunda vermәklә çox nadir cәdvәl formasından istifadә etmişdir. Hәr biri altı sütuna bölünmüş sәhifәlәrdә kitabın nәşr ili, müәllifi, adı vә formatı, nәşr olunduğu yer vә nәşriyyatı, çap vәrәqlәrinin sayı vә kitabın qiymәti göstәrilmiş, lakin mәlumatların bir çoxu cәdvәldә öz әksini tapmamışdır. G. toplusu bir sıra qeyri-dәqiqlik vә sәhvlәrә, әhatә dairәsinin natamamlığına (120 mindәn çox kitab adı qeyd olunsa da) vә tәsvirlәrin qısalığına baxmayaraq 16 әsr – 18 әsrin 1-ci yarısına aid mühüm biblioqrafik mәnbә hesab edilir.