GEORGİ V (1286–1346) – gürcü çarı (1314 ildәn). Hülakuların vassal asılığından azad olmağa çalışırdı. Bir sıra torpaqları (İmereti, 1327; Samtsxe-Saatabaqo, 1334) Gürcüstana birlәşdirmәklә mәrkәzlәşdirilmiş hakimiyyәt yaratmaq istәmişdir. Sәrt tәdbirlәr görәrәk Gürcüstanın dağ rayonları üzәrindә hakimiyyәtini tәsbit etmişdir. V G.-nin göstәrişi ilә dağlılar üçün qanunlar mәcәllәsi (“Dzeqlis dadeba”), hәmçinin “Çar sarayının qaydaları” tәrtib olunmuşdur. Bu külliyyatlar 14 әsrdә Gürcüstanın dövlәt quruluşu vә iqtisadi vәziyyәtinin öyrәnilmәsi üçün mühüm mәnbәlәrdir. Roma papası XXII İoann vә Fransa kralı VI Filipp Valua ilә yaxşı münasibәtlәr qurmuş, Misirә qarşı sәlib yürüşünün planlaşdırılmasında iştirak etmişdir. V G. Genuya vә Venesiya ilә ticarәt әlaqәlәri saxlamışdır.