GEORGİYEV Georgi Pavloviç (d.4.02.1933, Leninqrad) – rus molekulyar bioloqu. Lenin mükafatı (1976), SSRİ Dövlәt mükafatı (1983) vә RF Dövlәt mükafatı laureatı (1996). Rusiya EA-nın akad. (1987), Avropa Tәbiiyyat EA-nın üzvü, Almaniyada “Leopoldina” Tәbiәtşünaslar akademiyasının üzvü (1971), Birinci Moskva Tibb İn-tunu bitirmişdir (1956). 1963 ildәn SSRİ EA radiasiya vә fiziki–kimya biologiyası labaratoriyasının müdiri (1965 ildәn Molekulyar Biologiya İn-tu), 1990 ildәn REA Gen Biologiyası İn-tunun tәşkilatçısı vә direktorudur. Nüvәnin biokimyәvi proseslәrindә tәnzimlәyici funksiyanı yerinә yetirәn nüvә skeletini (1959), ali opqanizmlәrin nüvә RNT-sini (onun tәrәfindәn D-RNT adlandırılmışdır) (1961), tәrkibindә D-RNT olan nüvә ribonukleoproteidli hissәciklәri (1965), hәmçinin nukleoproteid quruluşunun yeni prinsipini kәşf etmişdir (1968). Heyvan hüceyrәlәrindә (drozofil, mәmәlilәr) mobil genetik elementlәri aşkara çıxarmışdır (1977–80). Xromatinin tәdqiqinә (1974), xәrçәngin molekulyar genetikasına dair işlәri var. Lenin ordeni ilә tәltif olunmuşdur (1981).