Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEÓRGİYEVSK 

    GEÓRGİYEVSK – RF-dә, Stavropol diyarının c. hissәsindә şәhәr. Georgiyevsk r-nunun mәrkәzi. Əh. 69,9 min (2016). Stavropol yüksәkliyinin c. hissәsindә, Podkumok çayı (Kuma çayının sağ qolu) sahilindәdir. D.y. st.

    1777 ildә kabardalılar vә noqayların basqınlarından müdafiә mәqsәdilә Mozdok vә Azov şәhәrlәrini birlәşdirәn Qafqaz istehkam xәttindә G. qalası kimi salınmışdır. G. qalası hәmçinin dağlı xalqlar vә burada mәskunlaşmış ruslar arasında ticarәt mәkanı idi. Qalada İranla ticarәt aparılması mәqsәdilә yükboşaltma anbarları tikilmişdi. Burada Georgiyevsk müqavilәsi (1783) imzalanmışdı. 1785–96 illәrdә G. Qafqaz canişinliyinin, 1796–1802 illәrdә Hәştәrxan qub.-nın qәza şәhәri, 1802–22 illәrdә Qafqaz qub.-nın mәrkәzi idi. G. Qafqaz vil-nin (1822–47), Stavropol qub.-nın (1847–60), Terek vil.-nin (1860–1921) tәrkibindә qәza şәhәri (1822–30), qәza idarәçiliyindәn kәnar şәhәr (1830–1921) statusunda olmuşdur.

    20 әsrin әvvәllәrindә G.-dә ildә 3 yarmarka keçirilirdi. Dәri istehsalı, dulusçuluq, dәrzilik sahәlәri fәaliyyәt göstәrirdi. G.-dә sәnaye 20 әsrin әvvәllәrindәn inkişaf edirdi. 1913 ildә G.-dәn Şimali Qafqaz d.y. xәtti keçdi. 1917 ilin dekabrında burada sovet hakimiyyәti quruldu. 1919 ilin yanvarından 1920 ilin martınadәk şәhәr Denikin ordusunun nәzarәti altında idi. 1921–23 illәrdә dairә şәhәri, 1923–24 illәrdә Terek qub.-nın qәza şәhәri (1921 ilin sentyabrından aprelinәdәk onun mәrkәzi) idi. 1924–43 illәrdә Şimali Qafqaz diyarının (1937 ildәn Orconikidze diyarı), 1943 ildәn Stavropol diyarının rayon mәrkәzi olmuşdur. Böyük Vәtәn müharibәsi zamanı 1942 ilin avqust ayından 1943 ilin yanvarınadәk alman qoşunlarının işğalı altına düşmüşdü.

    G.-in tarixi hissәsindәki qala әrazisindә ağacdan tikilәn Müq. Nikolay kilsәsinin (1780; Stavropolun әn qәdim mәbәdi) yerlәşdiyi düzbucaqlı küçәlәr şәbәkәsi qalmışdır. Müasir şәhәr mәrkәzi 20 әsrin әvvәlindә ticarәt meydanı әtrafında formalaşmışdır. Eklektika vә modern üslublu binalar saxlanılmışdır (şәhәr idarәsi, keçmiş “Luvr” mehmanxanası, qadın vә kişi gimnaziyası vә s.). Böyük Vәtәn müharibәsinә hәsr olunmuş “Əbәdi eşq olsun” memorialı, Georgiyevsk traktatının 200 illiyi şәrәfinә ucaldılmış abidә var.

    G. yaxınlığında V.İ. Safonov ailәsinin malikanәsi (“Safonovların bağ evi”, 20 әsrin әvvәli), Lısoqorski stanitsasında ağac materialdan inşa olunmuş Mәryәmin miladı kilsәsi (1886) saxlanılır.

    Aparıcı müәssisәlәr: “ArZiL” (boru kә- mәri armaturaların istehsalı üzrә Rusiyada liderlәrdәn biri; 1908 ildә mexaniki çuquntökmә z-du kimi tәsis edilmişdir), “Spetsinstrument” (metalkәsәn alәt), “Mukomol” (RF-dә unun aparıcı istehsalçılarından biri), “Maslo Stavropolya” (1900 ildә yağ z-du kimi tәsis edilmişdir), “Georgiyevskiy” şәrab z-du (1931 ildә tәsis edilmişdir), “Xaynts-Georgiyevsk” (uşaq qidası üçün quru mәhsullar). Hәmçinin “Metallist” (mismar), akustik vә istilik keçirmәyәn materiallar (linoleum vә s.) z-du; yüngül (dәri z-du, ayaqqabı vә tikiş f-ki) vә yeyinti (konserv vә pivә z-du) sәnayesi müәssisәlәri fәaliyyәt göstәrir.

    Ali tәhsil müәssisәlәrinin filialları: Cәnubi Rusiya vә Şimali Qafqaz dövlәt texniki un-tlәri, Rostov dövlәt iqtisad un-ti, Taqanroq dövlәt radiotexnika un-ti vә s.; tarix-diyarşünaslıq muzeyi (1967) var. Qardaşlaşmış şәhәrlәrin bәdii yaradıcılıq festivalı (1997 ildәn; tacir Belousovun evindә, 20 әsrin әvvәllәri) keçirilir. Şәhәr kurort balnomüalicәsi (yod-brom vә natriumlu-xloridli su әsasında) xidmәti var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN