Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEORGİYEVSK MÜQAVİLƏSİ (1783)

    GEORGİYEVSK MÜQAVİLƏSİ (1783) – Kartli-Kaxetiya çarlığının (Şәrqi Gürcüstan) Rusiya imperiyasının himayәsinә könüllü keçmәsi haqqında müqavilә. Müqavilәni 24 iyulda (4 avqust) Georgiyevsk qalasında (indiki Georgievsk ş.) Rusiya tәrәfindәn Qafqaz xәttinin komandanı, gen.-poruçik P.S.Potyomkin, Kartli-Kaxetiya çarlığı tәrәfindәn knyaz İ.K. Baqration vә knyaz Q.R. Çavçavadze imzalamışlar. Müqavilәyә әsasәn gürcü çarı II İrakli Rusiya imperiyasının himayәçiliyini qәbul edir, müstәqil xarici siyasәt yürütmәkdәn çәkilir, Rusiyaya hәrbi dәstәk göstәrmәyi öhdәsinә götürür, özü vә varislәri adından yalnız Rusiya monarxlarının hakimiyyәtini qәbul edir, İrandan vә ya hәr hansı digәr dövlәtdәn vassal asılılığı olmur. İmperatriçә II Yekaterina gürcü çarının mülklәrinin әrazi bütövlüyünü qorumağı, müharibә zamanı ona yardım göstәrilmәsini (noyabrda Şәrqi Gürcüstana iki piyada batalyonu yeridilmişdi), Osmanlı imperiyası vә İranla sülh danışıqları zamanı Kartli-Kaxetiya çarlığına әzәldәn mәxsus olan, lakin türklәr tәrәfindәn tutulmuş mülklәrin qaytarılmasına tәkid etmәyi öhdәsinә götürürdü. Kartli-Kaxetiya çarlığına daxili muxtariyyәt verilir, silklәr Rusiya silklәri ilә bәrabәrhüquqlu sayılırdı. G.m.-nin әsas siyasi әhәmiyyәti Şәrqi Gürcüstan üzәrindә Rusiya imperiyasının protektoratının bәrqәrar olunmasında idi. Bu, Osmanlı imperiyası vә İranın Cәnubi Qafqazda mövqeyini kәskin zәiflәdirdi. İmperator I Pavel vә imperator I Aleksandrın Şәrqi Gürcüstanın Rusiya imperiyasına birlәşdirilmәsi haqqında 1801 ilin manifestlәri Gürcüstanın Rusiya tәrkibinә daxil olmasını tәsbit etdi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN