Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEÓRQ 

    GEÓRQ – B. Britaniya vә İrlandiya krallarının adı.

    I  G e o r q (ing. George Louis, alm. Georg Ludwig) [28.5.(7.6.)1660, Hannover – 11(22).6.1727, Osnabrük] – Hannover sülalәsindәn B. Britaniya vә İrlandiya kralı [1714–27]. Velflәr sülalәsindәn Hannover kurfürstü Ernst Avqustun (1629–98) vә İngiltәrә kralı I Yakov Stüartın nәvәsi Pfaltslı Sofiyanın (1630–1714) böyük oğlu. II Georqun atası. 1698 ildәn Hannover kurfürstü olmuş, 1705 ildә Braunşveyq-Lüneburq knyazlığını, 1712 ildә (qәti olaraq 1719 ildә) Verden hersoqluğunu, 1719 ildә Bremen hersoqluğunu öz mülklәrinә birlәşdirmişdi. Anna Stüartın ölümündәn sonra Vәliәhdlik haqqında akta (1701) uyğun olaraq Britaniya taxtına çıxmışdır. İngilis dilini bilmәyәn I G. әsasәn alman mülklәrinin işlәri ilә mәşğul olmuşdur. B.Britaniyanın idarәsini faktiki olaraq nazirlәr kabinetinin sәdrinә (1721 ildәn R. Uolpol) hәvalә etmiş, nәticәdә dövlәt mәsәlәlәrinin hәllindә parlamentin mövqeyi möhkәmlәnmiş vә ölkәnin siyasi hәyatında partiyaların (torilәrviqlәr) rolu artmışdır.

    II  G e o r q (ing. George Augustus, alm. Georg August) [30.10.(10.11).1683, Herrenhauzen sarayı (hazırda Hannover ş.-ndә) – 25.10.1760, London] – Hannover sülalәsindәn B. Britaniya vә İrlandiya kralı, Hannover kurfürstü [1727–60]. III Georqun babası. Atası I Georqun ölümündәn sonra hakimiyyәtә gәlmişdir. Atası kimi әsasәn Hannoverin işlәri ilә mәşğul olmuş, krallığın daxili problemlәrinin hәllini faktiki olaraq nazirlәr kabinetinә hәvalә etmişdi. Viqlәrin lideri R. Uolpol (1721–42 illәrdә baş nazir) II G.-a böyük tәsir göstәrmişdir. Müstәmlәkә siyasәti ilә bağlı mәsәlәlәrdә U.Pittin (Böyük) kursu ilә razılaşmamışdır. II G.-un hakimiyyәti dövründә parlamentin vә nazirlәr kabinetinin mövqeyi daha da möhkәmlәnmiş, kral sәlahiyyәtlәri mәhdudlaşmışdı. 1734 ildә Göttingen Un-tinin, 1753 ildә Britaniya muzeyinin yaradılmasının tәşәbbüskarı olmuşdur.

    III  G e o r q (ing. George William Frederick, alm. Georg Wilhelm Friedrich) [24.5(4.6).1738, London – 29.1.1820, Vindzor] – Hannover sülalәsindәn B.Britaniya vә İrlandiya (1801 ildәn B. Britaniya vә İrlandiya Birlәşmiş Krallığı) kralı, Hannover kurfürstü (1814 ildәn kralı) [1760–1820]. II Georqun nәvәsi. I GeorqdanII Georqdan fәrqli olaraq B.Britaniyada böyümüş vә tәrbiyә almış, taxta çıxdıqdan sonra ilk növbәdә Britaniya mәsәlәlәrinә diqqәt ayırmışdır. Viqlәrin lideri Böyük U.Pittin hökumәtdәn uzaqlaşdırılmasına nail olmuş, torilәrә arxalanaraq Britaniya parlamentinin sәlahiyyәtlәrini mәhdudlaşdırmağa, kralın sәlahiyyәtlәrini genişlәndirmәyә çalışmışdır. Yeddiillikmüharibәnin (1756–63) gedişindә Prussiya ilә ittifaqdan imtina edәrәk Fransa vә İspaniya ilә separat Paris sülh müqavilәsini (1763) bağlamışdır. Britaniyanın Şimali Amerika müstәmlәkәlәrinә qarşı sәrt siyasәt tәrәfdarı olan III G. Şimali Amerikada istiqlaliyyәt müharibәsinin (1775–83) başlamasına sәbәb olmuşdur. Müharibәdә B.Britaniyanın mәğlubiyyәtindәn sonra xarici siyasәtә rәhbәrliyi “yeni torilәrin” lideri Kiçik U. Pittә hәvalә etsә dә (1801 ilәdәk), U. Pitt III G.-un hәr hansısa bir formada mütlәqiyyәti bәrpa etmәk ümidlәrini puça çıxartmışdı. Böyük Fransa inqilabının (18 әsr) hәrbi yolla yatırılmasının tәrәfdarı olmuş, antifransa koalisiyalarının yaradılmasında fәal iştirak etmişdir. Müstәmlәkәçi Britaniya imperiyasının genişlәndirilmәsi vә möhkәmlәndirilmәsi kursunu dәstәklәmişdir. 1811 ildәn III G.-un ruhi xәstәliyi ilә әlaqәdar böyük oğlu, sonralar kral IV Georqun regentliyi qurulmuşdur.

    IV G e o r q (ing. George Augustus Frederick, alm. Georg August Friedrich) (12.8.1762, London –26.6.1830, Vindzor) Hannover sülalәsindәn B.Britaniya vә İrlandiya Birlәşmiş Krallığının kralı, Hannover kralı [1820–30]. III Georqun oğlu. Ruhi xәstәliyә tutulan atasının şahzadәregenti [1811–20] olmuşdur. 1829 ildә nazirlәr kabinetinin tәkidi ilә Britaniya katoliklәrinә siyasi vә mülki hüquqlar vermişdir. Müstәmlәkәçi Britaniya imperiyasının möhkәmlәndirilmәsinin vә genişlәndirilmәsinin, hәmçinin Müqәddәs ittifaq çәrçivәsindә Avropa monarxlarının inqilabi hәrәkatları yatırmaq siyasәtinin fәal tәrәfdarı olmuşdur. İsrafcıl hәyat tәrzi vә rüsvayçı davranışlarına görә ölkәdә şöhrәt qazanmamışdır.

    V G e o r q (George Frederick Ernest Albert) (3.6.1865, London – 20.1.1936, Norfolk qraflığı, Sandringem) – Saksen-Koburq-Qota sülalәsindәn (1917 ildәn Vindzor sülalәsi) B.Britaniya vә İrlandiya (Şimali İrlandiya) Birlәşmiş Krallığının kralı, Hindistan imperatoru [1910–36]. VIII Eduardın atası. Qrinviçdә Kral Hәrbi-Dәniz Kollecini bitirmişdir. 1892 ildәn (böyük qardaşı şahzadә Albert Viktorun ölümündәn sonra) taxtın varisi olmuşdur. Atası VII Eduardın ölümündәn sonra taxta çıxmışdır. Hakimiyyәtinin ilk dövründә İcmalar palatası tәrәfindәn Lordlar palatasının hakimiyyәtini mәhdudlaşdırmaq mәqsәdilә hazırlanmış Parlament haqqında billi dәstәklәmişdir. 1914 ildә İrlandiyaya özünüidarә hüququnun verilmәsinә cәhd göstәrmişdir. Birinci dünya müharibәsi zamanı bütün şәxsi vә digәr alman titullarından imtina etmiş vә Britaniya kral sülalәsinin adını dәyişdirmişdir. 1924 ildә mühafizәkar S.Bolduinin baş nazir vәzifәsindәn istefasının vә onun yerinә leyborist C.R.Makdonaldın tәyin edilmәsinin tәşәbbüskarı olmuşdur. B.Britaniyada ümumi tәtil (1926) zamanı tәrәflәr arasında kompromis әldә olunmasına çalışmışdır. V G.-un dövründә dominionların hüquqi vәziyyәtini vә onların B.Britaniya ilә münasibәtlәrini qaydaya salan Vestminster statutu (1931) qәbul edilmişdir.

    VI G e o r q (Albert Frederick Arthur George) (14.12.1895, Norfolk qraflığı, Sandringem – 6.2.1952 orada) – Vindzor sülalәsindәn B.Britaniya vә Şimali İrlandiya Birlәşmiş Krallığının kralı [1936–52], Hindistan imperatoru [1936–47], Birliyin başçısı (1949–52). II Yelizavetanın atası. Osborn vә Dartmutda hәrbi-dәniz kolleclәrini bitirmişdir. Birinci dünya müharibәsi zamanı donanma vә hәrbi-dәniz aviasiyasında xidmәt etmişdir. 1919–20 illәrdә Kembricdә tәhsil almışdır. Böyük qardaşı VIII Eduardın taxtdan imtina etmәsindәn sonra hakimiyyәtә gәlmişdir. N.Çemberlenin Almaniya vә İtaliyanı “sakitlәşdirmәk” siyasәtinin tәrәfdarı olmuşdur. İkinci dünya müharibәsi zamanı U.Çörçill hökumәtinin faşist bloku dövlәtlәrini darmadağın etmәk kursunu fәal dәstәklәmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN