GEÓRQ TORPAĞI – Şimal Buzlu okeanında, Frans-İosif Torpağı arxipelaqında ada. Sah. 2,7 min km2-dәn çoxdur. Hünd. 416 m-әdәkdir. Ərazisinin әksәr hissәsi buzlaqlarla örtülmüşdür; sahillәri buxta vә fyordlarla parçalanmışdır. 1880 ildә Li Smitin ingilis ekspedisiyası tәrәfindәn kәşf edilmişdir. Uels şahzadәsi Georqun (sonra- dan İngiltәrә kralı V Georqun) şәrәfinә adlandırılmışdır.