GEOSİNKLİNAL (geo +... sinklinal) – Yer qabığının uzunmüddәtli әyilmәsi vә qalın çöküntütoplanma sahәsi; adәtәn okeandan kontinentә keçid zonasında yaranır, qırılmalarla mәhdudlanaraq, onlarla vә yüzlәrlә km uzanmış olur. Uzun sürәn in- tensiv tektonik deformasiyalar nәticәsindә mürәkkәb qırışıq struktura çevrilir vә dağ
silsilәlәrini yaradır; kәskin qravitasion anomaliyalar vә xәtti anomaliyalı maqnit sahәlәri, yüksәk seysmikliyi ilә fәrqlәnir. G. haqqında tәlim ABŞ-da C.Holl (1859), C.Dana (1873 ildә “G.” termininin izahını vermişdir) tәrәfindәn işlәnmişdir; Avropada tәlimin yayılmasında E.Oqun rolu olmuşdur. Holl G.-ın yaranmasını böyük qalınlıqlı çöküntülәrin ağırlığı altında Yer qabığının batması ilә әlaqәlәndirirdi. Dana isә G.-ın formalaşma sәbәbini kontinentlәrin kәnarlarında Yer qabığının tangensial sıxılmasında görürdü. G.-lar barәdә tәsәvvürlәrin sonrakıink işafında G. әmәlә gәlmәsinin ilk mәrhәlәsindә intensiv әyilmәsi vә qalın çöküntütoplanması, yekun mәrhәlәdә isә qalxması, qırışıq üstәgәlmә deformasiyası vә metamorfizmi ilә xarakterizә olunurdu. Görülәn işlәrin nәticәsindә G. artıq Yer qabığının çökәyi tәsәvvüründәn tәdricәn nәzәri geologiyanın mühüm ümumilәşdirmәlәrindәn biri olan vә Yer qabığı strukturunun tәkamülü elminin әsasını tәşkil edәn bir tәlimә çevrilmişdir.
Əd.: Х о м и з у р и Г.П. Развитие понятия “геосинклиналь”. М.,1976.