Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEOSİYASƏT 

    GEOSİYASƏT (geo... + siyasәt) – dünya siyasәtinin nәzәri vә praktiki problemlәrini, beynәlxalq hәyatın fәaliyyәt vә inkişafının qanunauyğunluqlarını, başlıca tendensiyalarını öyrәnәn siyasәtşünaslıq elmi cәrәyanı. Tarixәn G.-in tәşәkkülü cәmiyyәt hәyatında vә dövlәtlәrarası qarşılıqlı münasibәtlәrdә coğrafi-mәkan faktorunun tәdqiqi, hәmçinin bu faktorun lokal, regional, kontinental vә qlobal proseslәrә tәsirinin analizi ilә bağlı olmuşdur. G.-in çıxış prinsiplәri vә müddәaları 19 әsrin sonlarında mәşhur olan coğrafi determinizm çәrçivәsindә formulә edilmiş vә tanınmış alman coğrafiyaşünası F. Ratselin “Siyasi coğrafiya” әsәrindә ifadә etdiyi ideyalara әsaslanmışdır. 19 әsrin sonları – 20 әsrin әvvәllәrindә R. Çellen (“G.” termininin elmi istifadәyә daxil edilmәsini onun adı ilә bağlayırlar), A.T.Mehen, H.C.Makkinder vә b. G.-in inkişafına mühüm töhfәlәr vermişlәr. Onlar bu vә ya digәr әrazilәrdә bilavasitә hәrbi, yaxud siyasi nәzarәti bәrqәrar etmәyi dövlәtlәrin G.-lәrinin başlıca mәqsәdlәri sayırdılar. Onlara görә, tarix bioloji orqanizmlәrә bәnzәyәn dövlәtlәrin yaşamaq uğrunda mübarizәsidir. 

    1904 ildә H.Makkinder “Tarixin coğrafi mehvәri” mәruzәsindә “yerin ürәyi” (“heartland”) ideyasını irәli surdu. Alimin fikrincә, dünya hökmranlığına nail olmaq üçün “yerin ürәyi”nә nәzarәt etmәk hәlledici әhәmiyyәt daşıyır. Makkinder dәniz imperiyaları üçün әlçatmaz vә tәbii resurslarla zәngin nәhәng qala olan Avrasiyanın daxili mәkanını dünya siyasәtinin mehvәr regionu hesab edirdi. O, belә bir tezis irәli sürdü ki, Şәrqi Avropaya nәzarәt edәn “yerin ürәyi”nә, ona nәzarәt edәn “dünya adası”na (“world island”), yәni Avropa, Asiya vә Afrikaya, “dünya adası”na nәzarәt edәn isә bütün dünyaya nәzarәt edir.

    Bu tezis alman G. mәktәbinin nümayәndәlәri (ilk növbәdә K.Haushofer) tәrәfindәn әxz olunaraq inkişaf etdirilmişdir; onlar G.-ә bır sıra yeni, hәlledici әhәmiyyәt daşıyan anlayışlar gәtirmişlәr: “qan vә torpaq” (“Blut und Boden”), “mәkan vә mövqe” (“Raum und Lage”), “güc vә mәkan” (“Macht und Raum”), “hәyat mәkanı” (“Lebensraum”). Onlar “hәyat mәkanı”nın tәmin olunması vә genişlәnmәsini dövlәtlәrin xarici siyәtlәrinin әsas sövqedici motivi sayırdılar. Sosial darvinizmin ayrı- ayrı müddәalarını әxz etmiş alman G. mәktәbinin konsepsiyaları nasional-sosializm ideologiyasının mühüm tәrkib hissәsinә çevrildi.

    2-ci dünya müharibәsi illәrindә ABŞ-da dünya liderliyinin tәmin olunması probleminә yeni yanaşmaların işlәnib hazırlanmasına başlandı. Əvvәlki G. mәktәbi nümayәndәlәrinin formulә etdiklәri başlıca prinsiplәrә sadiq qalmaqla bәrabәr, Amerika tәdqiqatçıları (N. Spikmen, R. Straus- Hupe, O. Lattimor vә b.) güc faktorunu ön plana çәkdilәr. Spikmen “hәrbi vә siyası strategiya problemlәrinin açarları coğrafiyadadır” demәklә yanaşı, iddia edirdi ki, “beynәlxalq anarxiya dünyasında... güc son nәticәdә müharibәni uğurla aparmağın”, demәli, hәm dә qәlәbә qazanmağın vә liderliyә yüksәlmәnin zәminini tәşkil edir.

    2-ci dünya müharibәsinin başa çatmasından sonra nasist Almaniyasının ideologiyası vә siyasәti ilә assosiasiya olunan G. beynәlxal-siyasi tәdqiqatlarda vә diskussiyalarda arxa plana keçirildi. AFR-dә vә bir sıra digәr ölkәlәrdә G. konsepsiyaları siyasi coğrafiya çәrçivәsindә işlәnib hazırlanırdı. “Soyuq müharibә” – iki sosial sistem vә hәrbi-siyasi blok arasında qarşıdurma şәraiti 1945 ildәn sonrakı geosiyasi düşüncәnin inkişafına böyük tәsir göstәrdi. Realizmneorealizm mәktәbinin nümayәndәlәri beynәlxalq-siyasi problemlәrә yeni yanaşmaların hazırlanmasında vә tәbliğindә әhәmiyyәtli rol oynadılar.

    Müasir anlamda G.-in formalaşması informasiya-telekommunikasiya inqilabının yayılması ilә başladı ki, bu da öz növbәsindә ictimai hәyatın mühüm sahәlәrinin beynәlmilәllәşmәsi proseslәrinin misilsiz sürәtlәnmәsi ilә nәticәlәndi. 1980-ci illәrin 2-ci yarısından başlayaraq dünya proseslәrinin dinamikasının artması, dünya birliyinin qeyri-sabitliyi vә fraqmentasiyası, mәkanın “daralması” vә sosial-iqtisadi proseslәrinin sürәtlәnmәsi şәraitindә bir-birilә sıx bağlı olan dünyaşünaslıq (world studies) vә qlobalistika (global studies) adlı cәrәyanlar meydana gәldi. Onların axınında keyfiyyәtcә yeni әsaslarda müasir G. formalaşdı. O, konkret ölkәnin, yaxud xalqın әrazisi, yerlәşmәsi vә coğrafiyasının әhәmiyyәtini qәbul edәrәk belә bir fikirdәn çıxış edirdi ki, cәmiyyәtlәrin fәaliyyәt vә inkişafında coğrafi faktorların keyfiyyәtcә modifikasiyası baş vermiş, müasir dünyada mәkanın müxtәlif formaları real әhәmiyyәt qazanmışdır. Dәqiq fiziki-coğrafi sәciyyәyә malik әrazi (su, hava) mәkanı ilә yanaşı, iqtisadi, mәdәni-sivilizasiya, informasiya vә s. mәkanlar da mövcuddur. Bu mәkanlardan hәr biri hәm dünya proseslәrinin xarakterinә vә istiqamәtinә, hәm dә ayrıca dövlәtin öz milli maraqlarının qorunması vә milli tәhlükәsizliyinin tәminatı üzrә hәyata keçirdiyi siyası strategiyalara getdikcә daha güclü tәsir göstәrir. 

    “G.” anlayışı elmi әdәbiyyatda hәm dә dünya siyasәtinin konkret hadisәlәrini vә dövlәtlәrin xarici siyasәt addımlarını (hәrbi bazaların yerlәşdirilmәsi, hәrbi münaqişәlәrdә iştirak vә s.) bildirmәk üçün istifadә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN