GEOTEKTURLAR (geo +... lat. tectura – örtük), m o r f o t e k t u r l a r – Yer sәthinin, әsasәn, planetar proseslәr nәticәsindә yaranmış әn iri relyef formaları (materiklәr, okean çökәkliklәri, iri dağlıq ölkәlәr, yastıdağlıqlar, düzәnliklәr). Genetik cәhәtdәn fәrqli, kiçik ölçülü morfostrukturlar vә morfoskulpturlara bölünür. “G” termini 1946 ildә Gerasimov İ.P. tәrәfindәn tәklif olunmuşdur.