GEOTERMİK QRADİYENT – Yer tәkindә temp-r dәyişmәlәrini tәyin edәn vektorial kәmiyyәt. Geotermiyada G.q. Yerin müәyyәn dәrinliyindә yerlәşәn sabit illik temp-r tәbәqәsindәn (izotermik tәbәqә) dәrinliyә doğru getdikcә temp-run hәr 100 m-dәn bir artma kәmiyyәti kimi başa düşülür. İzotermik tәbәqәdәn dәrinә getdikcә temp-run 1°C artmasına müvafiq olan mәsafә Geotermik pillә adlanır. G.q. Yer sәthinin formasından, süxurların istilik keçiriciliyindәn, yeraltı suların dövranından vә Yer qabığında baş verәn müxtәlif kimyәvi reaksiyalardan, tektonik şәraitdәn vә digәr amillәrdәn asılı olaraq bir yerdәn başqa yerә keçdikdә 5–200°C/km arasında (orta qiymәt 30°C/km qәbul edilmişdir) dәyişir; belә ki, Kola ifrat dәrin (12,26 km) quyusunun qazılması zamanı G.q. yuxarı horizontlarda 10°C/km-dәn 25°C/km-dәk (5 km dәrinlikdә) qalxmış, 11 km dәrinlikdә 15°C/km-dәk azalmışdır. Dәrinliyin artması ilә temp-run yüksәlmәsi Yer tәkindәn sәthә istilik axınının mövcud olduğunu göstәrir.