GEOTERMİK PİLLƏ – Yer qabığında sabit temp-r zonasından dәrinliyә getdikcә temp-run 1°C artması üçün tәlәb olunan şaquli mәsafә (m-lә). Müxtәlif yerlәrdә vә dәrinliklәrdә eyni olmayıb, 5 m-dәn 150 m-әdәk dәyişir; orta qiymәt 33 m qәbul edilmişdir. Bu göstәricilәr normal istilik seli olan әrazilәr vә çökmә süxurlar üçün sәciyyәvidir.