GEOTROPİZM (geo + yun. ...τροπος – istiqamәt, dönüş) – yerin cazibә qüvvәsi tәsirindәn bitkilәrin ox orqanlarının – kök, gövdә vә habelә yarpaqların müәyyәn tәrәfә istiqamәtlәnmәsi. Köklәrdә müsbәt G. onların yerin mәrkәzinә doğru, gövdәlәrdә mәnfi G. isә onların yerdәn әks istiqamәtdә böyümәsini tәmin edir. Yarpaq, budaq, yan köklәrin üfüqi vәziyyәt alması plagiogeotropizmlә әlaqәdardır.