Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    GEPİDLƏR 

    GEPİDLƏR (lat. Gipidae, Gebidi; qәdim yun. Gήπαιδες, Γίπαιδαι; şәrqi german dilindә Gēbidos, Gēbidans) – şәrqi germanlara aid qәdim xalq. Daha çox qotlara yaxındırlar. Rәvayәtә görә, G. qotların ardınca Skandinaviyadan Baltika dәnizinin sahillәrinә (Visla çayının mәnsәbindә qәdim german dilindә “G.-in vadisi” mәnasını verәn Gepedoyos a. qeyd olunur) köçmüşlәr. G.-in Roma dövrünün arxeoloji izlәrinә Velbark mәdәniyyәtinin ayrı-ayrı abidәlәrindә rast gәlinir. G.-in Aşağı Visladan c.-a doğru hәrәkәti 3 әsrdә baş vermişdir. Burqundlara, digәr birlәşmәlәri mәğlub edәrәk Roma imperiyasına hücumlarda iştirak etmiş, lakin onların dәstәlәri imperator Mark Avreli Prob tәrәfindәn dağıdılmış (276–282; G.-in bir hissәsi imperiya әrazisinә köçürülmüşlәr) vә kral Ostroqotanın başçılığı ilә ostqotlara mәğlub olmuşlar.

    4 әsrin sonu – 5 әsrin әvvәllәrindә G.-in qotlarla toqquşmaları baş verdi. Mәrkәzi Avropaya irәlilәyәn hunlar tәrәfindәn tabe edildilәr. Daxili idarәetmәlәrini qoruyub saxlayan G. hunların tәrәfindә vuruşurdular, gepid kralı Ardarix Attilanın yaxın müşavirlәrindәn biri idi. Attilanın ölümündәn sonra G. Ardarixin varislәrinә qarşı üsyan qaldıraraq Nedao çayı sahilindәki döyüşdә qalib gәldilәr. 5 әsrin sonlarında Orta Potisye (burada 5 әsrin sonu – 6 әsrin ortalarına aid mәzarlıqlar üstünlük tәşkil edir) vә Semiqradyenin bir hissәsindә mәskunlaşdılar, Sirmi ş.-ni vә әtraflarını işğal etdilәr (krallar Trazarix vә oğlu Traustilanın fәaliyyәti G.-lә bağlıdır). G.-in Bizansla müqavilә bağlaması mәlumdur. 5 әsrin ikinci yarısında G.-in ostqotlarla münaqişәlәri (469, 488) baş vermişdi. 504 ildә ostqotların kralı Böyük Teodorix Sirmini tabe etmişdi. Bizans Ostqot krallığını darmadağın etdikdәn sonra G. yenidәn Sirmini tutmuş (tәqr. 537 ildә) vә onu paytaxt etmişdilәr. O dövrә aid sikkәlәr aşkar edilmişdir. G. arasında 4 әsrin sonlarından xristianlığın yayılması haqqında mәlumat olsa da, G.-in dәfn abidәlәrindә buna aid dәlillәr әksini tapmamışdır.

    6 әsrin ortalarında G.-in lanqobardlarla münaqişәsi kәskinlәşmişdi. 567–568 illәrdә lanqobardlar avarlarla birgә onları hәlledici mәğlubiyyәtә uğratmış (onların kralı Kunimund hәlak olmuşdur, sonra isә bәzi xalqlarla birgә Dunayboyu G.-in bir hissәsini dә birlәşdirәrәk İtaliyaya getmişdilәr. Sirmini G.-in zәngin kral xәzinәsi ilә birlikdә bizanslılar, sonra isә avarlar işğal etmişdilәr. Avar xaqanlığında G. assimilyasiyaya uğramışdılar. 9 әsr mәnbәlәrindә son dәfә Pannoniyada G.-in azsaylı qrupu qeyd olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN