GERÁSİMOV İnnokenti Petroviç (22.12.1905, Kostroma – 30.3.1985, Moskva) – rus coğrafiyaşünası, geomorfoloq, torpaqşünas. SSRİ EA akad. (1953), SSRİ Dövlәt mükafatı laureatı (1973). Leninqrad Un-tinin coğrafiya fakültәsini bitirmişdir (1926). 1936–56 illәrdә V.V.Dokuçayev ad. Torpaqşünaslıq İn-tunun coğrafiya vә kartoqrafiya şöbәsinә rәhbәrlik etmişdir. MDU-nun prof.-u (1936–50). 1951–85 illәrdә SSRİ EA Coğrafiya İn-tunun direktoru. Orta Asiya, Ural, Sibir vә Uzaq Şәrqә çoxsaylı ekspedisiyalarda iştirak etmişdir. Qәrbi Avropa, Afrika, ABŞ, Cәnubi Amerika, Avstraliya, Hindistan, Çin, Yaponiya vә s. ölkәlәrә sәyahәt etmişdir. Əsas әsәrlәri geomorfologiya, fiziki coğrafiya vә paleocoğrafiya, torpaqların coğrafiyası, mәnşәyi vә tәsnifatı, relyefin inkişafı vә tәbiәtin dәyişdirilmәsi problemlәri üzrәdir. “SSRİ-nin tәbii şәraiti vә tәbii resursları” (15 cilddә; 1963–72) vә “İnsan, cәmiyyәt vә әtraf mühit” (1973) monoqrafiyalarının hәmmüәllifidir. “SSRİ EA Xәbәrlәri. Coğrafiya bölmәsi” jurnalının baş redaktoru (1952–85). “Dünyanın fiziki-coğrafi atlası”-nın (1964) redaksiya heyyәtinә, hәmçinin Kuba, Vyetnam, Monqolustan vә s. atlaslar kompleksinә rәhbәrlik etmişdir. SSRİ Coğrafiya cәmiyyәtinin vitse-prezidenti (1952–66), Ümumittifaq torpaqşünaslar cәmiyyәtinin prezidenti (1960–71), Beynәlxalq coğrafiya ittifaqının vitse-prezidenti (1960–68) vә s. 2 Lenin ordeni (1953, 1975) vә medallarla tәltif edilmişdir.
Ə s ә r l ә r i: Ледниковый период на территории СССР. М.; Л., 1939 (К.К. Маrkovla birlikdә); Основы почвоведения и географии почв. М., 1960 (М.А.Qlazovskaya ilә birlikdә); Генетические, географические и исторические проблемы современ- ного почвоведения. М., 1976; Структура и динамика природы Земли. Избр. Труды. М., 1993.