GERASİMOV İvan İvanoviç (1867 – tәqr.1920) – rus botanik-sitoloqu. Moskva Un-tini bitirmişdir (1892). İ.N.Qorojankinin tәlәbәsi. Un-ti bitirdikdәn sonra Moskvaәtrafındakı Mıtişşi k.-indә öz vәsaiti hesabına laboratoriya tәşkil etmiş vә orada öz müşahidәlәr aparmışdır. Sitofizioloji vә sitogenetik tәdqiqatların pionerlәrindәn biridir. Spirogira yaşıl yosununun bölünәn hüceyrәlәrinә soyutmaqla vә anesteziyaedici maddәlәrlә tәsir etmәklә dünyada ilk dәfә olaraq eksperimental poliploidlәr almışdır (bax Poliploidiya). Hüceyrәnin böyümәsinә vә ölçülәrinә artmış nüvә kütlәsinin tәsirini aşkara çıxarmış, protoplazma, xromatoforlar vә nüvә arasındakı nisbәti müәyyәnlәşdirmişdir.